İran və Rusiyanı kənarda qoyan marşrut: Bakı İsrail üçün niyə vacibdir?
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Mərkəzi Asiya və Xəzər regionuna yönələn yeni diplomatik və iqtisadi strategiyasında Azərbaycan əsas həlqələrdən biri kimi ön plana çıxır.
Turkustan.az xəbər verir ki, Begin–Sadat Strateji Araşdırmalar Mərkəzində (BESA) dərc olunan məqalədə politoloq Andrey Kazantsev-Vaysman Bakının regional tranzit və təhlükəsizlik baxımından İsrail üçün artan əhəmiyyətini təhlil edib.
Məqalədə vurğulanır ki, Azərbaycan İsrail üçün təkcə siyasi tərəfdaş deyil, eyni zamanda İran və Rusiya marşrutlarından yan keçən alternativ nəqliyyat və logistika xəttinin əsas dayağıdır. Xəzər üzərindən Mərkəzi Asiyaya çıxış imkanı İsrailə regionda iqtisadi əlaqələrini genişləndirmək, diplomatik manevr imkanlarını artırmaq və yeni bazarlara çıxmaq baxımından strateji üstünlük yaradır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regional çəkisi əhəmiyyətli dərəcədə artıb. Bakı həm təhlükəsizlik, həm də tranzit mərkəzi kimi daha etibarlı tərəfdaş statusu qazanıb və bu, İsrailin uzunmüddətli regional planlarında Azərbaycanı əsas mövqeyə gətirib.
Yazıda bildirilir ki, İsrail–Azərbaycan əməkdaşlığı Mərkəzi Asiya ölkələri üçün də model rolunu oynaya bilər. Xüsusilə Qazaxıstanın İbrahim sazişlərinə qoşulması fonunda Bakı üzərindən qurulan xətt İsrailin regionda mövqelərini daha da möhkəmləndirən əsas amillərdən biri kimi dəyərləndirilir. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Yanvar 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















