Icma.az
close
up
RU
İran vuruldu, Ermənistan da hazırlıq görməlidir Petrosyan təşvişə düşdü

İran vuruldu, Ermənistan da hazırlıq görməlidir Petrosyan təşvişə düşdü

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

“İsrail-İran müharibəsi davam edir və bu qarşıdurmanın regionlararası münaqişəyə çevrilmək potensialı böyükdür”.

Turkustan.az xəbər verir ki, bu fikirləri region məsələləri üzrə erməni ekspert Armen Petrosyan deyib.

Onun sözlərinə görə, İsrail-İran genişmiqyaslı toqquşmasını qiymətləndirdikdə, ən azından qısamüddətli perspektivdə (bir neçə gün, bəlkə də həftə) belə proqnoz vermək mümkündür:

“Biz regionlararası qarşıdurmaya yönələn tükəndirici müharibənin şahidiyik.

Buna əsasən:

İsrail yalnız əvvəlcədən müəyyən edilmiş – nüvə, raket və digər hərbi obyektlərə, insan resurslarına qarşı deyil, həm də İran üçün həyati əhəmiyyət daşıyan iqtisadi, enerji və nəqliyyat infrastrukturuna qarşı hədəfli əməliyyatlarını davam etdirir. Yəhudi dövləti zəruri resurslara malikdir, bir çox vacib hədəfləri nəzarətdə saxlayır, müttəfiqlərindən çoxşaxəli dəstək alır və maksimum plana – İranda rejim dəyişikliyinə nail olmağa çalışır.

İran strateji, insan və infrastruktur baxımından ciddi itkilərə baxmayaraq, hələ də kifayət qədər resurslara (uzaqmənzilli raketlər, zənginləşdirilmiş uran, proksi dəstəyi) sahibdir ki, bu qarşıdurmanın özəlliklərinə uyğun şəkildə İsrailə cavab versin. Lakin bərabər səviyyədə zərbə endirmək imkanları məhduddur.

Hər iki ölkənin daxilində vəziyyət hələlik idarəolunan olaraq qalır, baxmayaraq ki, artıq bəzi ictimai narazılıq meylləri müşahidə olunmağa başlayıb.

Beynəlxalq ictimaiyyətin səyləri hələlik bu qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün kifayət qədər məqsədyönlü və yetərli deyil”.

Armen Petrosyan Ermənistan üçün artıq hiss olunan və yaxın gələcəkdə proqnozlaşdırılan mümkün nəticələri belə dəyərləndirib:

“İranla iqtisadi əlaqələrin həyata keçirilməsində, İran ərazisindən yükdaşımalarla bağlı müəyyən çətinliklər yarana bilər.

İrandan Ermənistana qaz təchizatı ilə bağlı problemlər mümkündür.

Yaxın günlərdə İran ermənilərinin və iranlıların kiçik miqyaslı quru yolu ilə Ermənistana axını müşahidə oluna bilər.

Azərbaycan tərəfindən Ermənistana qarşı situativ təbliğat hücumları artıq hiss olunur (?).

Bütün bu kontekstdə, Ermənistanın əsas gündəlik məsələsi, qonşuluğunda baş verən münaqişənin mümkün təsirlərini hesablamaq və ehtimal olunan çağırışların qarşısını almağa yönəlmiş siyasəti həyata keçirmək olmalıdır. Çünki bu mərhələdə təhlükəsizlik baxımından ən ciddi proqnozlaşdırılan təhdidlər İran əleyhinə və ətrafında baş verən proseslərlə əlaqəlidir”./Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see303

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see238

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see191

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see137

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri