Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Paşinyanın “Ter Petrosyan yolu”?

Paşinyanın “Ter Petrosyan yolu”?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avazı yaxşı gəlir, amma...

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1996-cı ildə bildirmişdi ki, ölkəsi o zaman müstəqil siyasət yeridəcək ki, qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırsın. Ter-Petrosyan 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan “Miatsum” hərəkatı şəraitində meydana çıxmış lider idi. O hərəkat ki, 1991–1993-cü illərdə Azərbaycan torpaqlarının iyirmi faizinin işğalı reallığını doğurmuşdu.

Qeyd edək ki, 1991–1993-cü illərdə Ermənistanda müharibədəki uğurun gətirdiyi eyforiya dövrü yaşanırdı. Lakin ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikamızda hakimiyyətə gəlişi ilə bütün daşlar yerinə oturmağa başladı. Prezident Heydər Əliyevin beynəlxalq müstəvidə apardığı mübarizə nəticəsində dünya ictimaiyyəti “Miatsum”un təcavüzkar mahiyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdi. O zaman məhz L.Ter-Petrosyan özünün də iştirakçısı olduğu və onu dövlət başçısı postuna aparan “hərəkatın” tam cəfəngiyyata söykəndiyini duydu və anladı ki, Azərbaycana qarşı müqavimətin heç bir faydası yoxdur. O, əvvəldə haqqında söz açdığımız çıxışını da məhz bu düşüncənin təsiri altında etmişdi.

L.Ter-Petrosyan bu fikirləri ilə əslində, Ermənistanın 1988–1996-cı illərdə keçdiyi yolun, tutduğu xəttin, reallaşdırdığı fəaliyyətin yanlışlığını bəyan etmişdi. Bu səbəbdən onun qarşısında iki yol açılmışdı – ya iradə nümayiş etdirib ölkənin kursunu dəyişmək, ya da istefa vermək. Məlum olduğu kimi, Levon ikincini seçərək, yerini Azərbaycana və Türkiyəyə qarşı ziddiyyətlər daşıyıcılarına verdi. Beləliklə, Azərbaycan torpaqları işğalda qaldı. Halbuki, həm Ter-Petrosyan, həm də onun 1998-ci ildəki istefasından bir il sonra parlament terroru nəticəsində qətlə yetirilmiş spiker Karen Demirçyan və baş nazir Vagen Sarkisyan ölkəmizə münasibətdə güzəştin tərəfdarı idilər...

Bəli, Ermənistanda Azərbaycana qarşı güzəştsiz mövqe tutan “Qarabağ klanı”nın, xunta rejiminin hakimiyyəti uzun sürdü. Bu rejim və havadarları Qarabağ üzrə danışıqlar prosesində manipulyasiyalara yol verdilər, hər cür barış yollarından imtina etdilər və nəhayət, bıçağı sümüyə dirədilər. Tam belə bir durumda, yəni 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və iqtidara Nikol Paşinyan gəldi. O Paşinyan ki, L.Ter-Petrosyanı özünə müəllim sayırdı.

Ancaq N.Paşinyan hakimiyyətə gəldikdən bir il sonra, belə demək mümkünsə, heç də “yaxşı erməni” olmadığını göstərdi. Onun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı həm həmin vaxtadək aparılmış danışıqlar prosesinin mahiyyətinə zidd idi, həm də baş nazirin özünün səsləndirdiyi baxışlara. Nəzərə alaq ki, Paşinyan müxalifətdə olarkən Qarabağı Ermənistanın üzərindən asılmış ağır daş kimi qələmə vermiş və bildirmişdi ki, ölkə bu daşı çiyinlərindən atıb rahatlıq tapmalıdır. Rahatlıq tapmağın isə həm Azərbaycanla, həm də Türkiyə ilə normal münasibətlərin qurulması seqmentinin mövcudluğu şübhəsizdir.

Bəli, 44 günlük müharibə Paşinyanın belə “nala-mıxa” vurduğuna görə baş verdi və Ermənistan rüsvayçı məğlubiyyətə uğradı. Savaşdan sonra qalib Azərbaycan məğlub olmuş ölkəyə barış əlini uzatdı, onu mehriban qonşuluğa dəvət etdi. Türkiyənin də eyni cür davrandığını, xoş mesajlar səsləndirdiyini gördük. Ancaq Paşinyan hansı yolla getdi? Qərbə sığındı və İrəvanı Cənubi Qafqaz müstəvisində qlobal oyunların kiçik alətinə çevirdi. Ardınca erməni varlığının “Miatsum” kitabı tam bağlandı. Ancaq rəsmi İrəvan yenə dərs çıxarmadı və bu gün də eyni ampluadadır.

***

İndi N.Paşinyan ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqtonda erməni icmasının nümayəndələri ilə görüşür və faktiki olaraq, L.Ter-Petrosyanın 1996-cı ildə səsləndirdiyi tezisləri təkrarlayır. Hələlik, mövcud xüsusdakı ən pozitiv durum Nikolun belə bir fikri dilə gətirərək, hakimiyyətdə qalmağı bacarmasıdır. Ter-Petrosyan avantüristlərin qarşısında duruş gətirə bilməmişdi.

Əlqərəz, N.Paşinyanın sözlərinə görə, Ermənistanın həyat qabiliyyəti o zaman mümkün olacaq ki, ölkə xarici yardım və müdaxilə olmadan qonşuları arasında yaşaya biləcək. Əlbəttə, Nikolun ABŞ-da belə bir fikri səsləndirməsi pozitiv məqam kimi qiymətləndirilə bilər. Hər halda, indiyədək rəsmi İrəvanı müxtəlif regional oyunların girdabına salan birinci qüvvə Fransa olubsa, ikincisi Birləşmiş Ştatlardır. Görəsən, Amerikanın Azərbaycan və Türkiyə əleyhinə köklənmiş konqresmen və senatorları Nikolu nankor qismində göstərməyəcəklər ki?

N.Paşinyan onu da bildirib ki, rəhbərlik etdiyi hakimiyyət Ermənistanın uzunömürlülüyünü təmin etmək vəzifəsini qarşıya qoyub: “Mənim fikrimcə, regionumuzda və qonşularımız arasında kənar yardım olmadan yaşaya biləcəyimiz bir vəziyyət yarada bilsək, bunu (uzunömürlü dövlət yaratmağı – red.) təmin edəcəyik. Bu, o demək deyil ki, bizim müxtəlif geosiyasi mərkəzlərlə ittifaqlarımız, tərəfdaşlıqlarımız olmasın. Məsələ bunda deyil. Əsas odur ki, biz öz bölgəmizdə kənardan köməksiz və kənar müdaxilə olmadan yaşaya bilməyi qarşımıza məqsəd qoymalıyıq. Ona görə anlayırıq ki, problemlərimizi həll etmək üçün özümüzü dərk etməliyik. Bölgəmizdə problem yarananda, adətən, bizim orta reaksiyamız ora üz tutmaq, bura dönmək, hansısa qeyri-regional faktora müraciət etmək olur. Bunu niyə belə etdiyimiz aydındır. Amma buna baxmayaraq, məncə, öz baxışımızı dəyişib deməliyik ki, əgər bizim regionda problemimiz varsa, ilk növbədə özümüzü bu problemin həllinin subyekti kimi qəbul etməliyik. Bizim ilk reaksiyamız belə olmamalıdır ki, problemin həlli üçün müraciət edə biləcəyimiz qüvvə varmı?”

Necə deyərlər, ilk növbədə avazı yaxşı gəlir. Bəli, Paşinyan, dolayısı ilə Azərbaycanın irəli sürdüyü “region region ölkələri üçündür” formulundan söz açır. Yəni tutalım bölgə miqyasında hansısa çətinlik meydana çıxırsa, onun aradan qaldırılması yolları, ilk növbədə, bölgənin özündə axtarılmalıdır. Bunun üçün isə Azərbaycan və Türkiyə, eyni zamanda, Gürcüstan, İran və nəhayət, Rusiya ilə düzgün əməkdaşlığın qurulması mütləqdir. Axı Ermənistan kimi dövlətin prinsipcə xaricdə nə işi ola bilər? Tarix boyu xaric erməni varlığına rupor kimi yanaşıb və yenə də eyni kursu saxlamaqdadır. Elə isə Paşinyan iqtidarının ənənəvi stereotiplərdən uzaqlaşması vacibdir. Ermənisayağı uzaqlaşma isə budur ki, İrəvan Moskvadan üz döndərib tamamilə Qərbə baxır. Belə yanaşma, şübhəsiz, yolverilməzdir.

Bəli, İrəvan köhnə şakərindən xilas ola bilmir. Məsələn, bu gün Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının tərkibi sabiq alman polislərindən və fransız jandarmlarından ibarət mülki müşahidə missiyası keşik çəkirsə, üstəlik, bu təsisatın gələcəkdə NATO missiyasına çevrilməsi ehtimalları varsa, deməli, Nikolun dediyi başqadır, əməli bir başqa. Görəsən, baş nazir xoşbəxtliyini niyə kənarda axtarır? Əlbəttə, bu sayaq sualların sayını artırmaq, hazırda Ermənistanın sürətlə silahlandığını diqqətə çatdırmaq mümkündür. Nikol nə qədər prosesi ölkənin təhlükəsizliyinin qorunması, dövlətin müdafiəsi ilə əsaslandırsa da, aydındır ki, onun gətirdiyi arqumentlər mənasızdır. Həm də ona görə ki, Ermənistan heç vaxt qonşularından güclü olmayıb, həmişə üstünlüyə hansısa kənar qüvvələrin köməyi ilə yiyələnib.

İndi rəsmi İrəvan qarşısında xarici oyunçuların “xidmətlərindən” imtina şansı yaranıb. İmtina həm qətiyyətli şəkildə olmalıdır, həm də səmiyyətə əsaslanmalıdır. Amma nə qətiyyət var, nə də səmimiyyət. Elə buna görə də ortaya növbəti suallar çıxır: Paşinyan ABŞ-a nə məqsədlə gedib? O, səfərə hansısa dini tədbirə qatılmaq üçünmü yollanıb? Əlbəttə, suallarımız ritorikdir. Çünki hər şey məlumdur. Nikolun Birləşmiş Ştatlara üz tutmasının məqsədi Ağ evin yeni sahibi – Prezident Donald Trampla görüşmək, heç olmasa, onunla bircə dəfə şəkil çəkdirməkdir. Paşinyan, eyni zamanda, Amerikanın əvvəlki administrasiyasının erməni kartı üzərində oynadığı regional oyunun davamının olub-olmayacağına aydınlıq gətirmək istəyir. Bəlkə, elə buna görə qonşularla normal münasibətlərdən dəm vurur. Yəni təxminən belə: Başqa tapşırığınız yoxdursa, özümü bada verməyim. Yeri gəlmişkən, L.Ter-Petrosyana vaxtilə Qarabağ avantürası ilə bağlı Qərbdən neqativ cavab gəlmişdi. “Şimal” isə soyuq küləklərini onun üçün əsdirməkdən uzaq durmuşdu.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri