İran XİN: Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyirik
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Cənubi Qafqazdakı proseslər İran tərəfindən diqqətlə izlənilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionu siyasi, iqtisadi və geosiyasi baxımdan İran, regional ölkələr, xüsusilə də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir:
“Biz bu bölgədə baş verən hadisələri açıq gözlə izləyirik, heç bir mövzunu nə sadələşdirir, nə də kiçildirik”.
XİN sözçüsü qeyd edib ki, əsas narahatlıq doğuran məsələ bölgəyə xarici müdaxilələrdir:
“Xarici müdaxilə və regiondan kənar qüvvələrin hərbi mövcudluğu bizim üçün qırmızı xətdir. Biz belə bir iştirakı faydalı hesab etmirik və bu addımın bölgədə geosiyasi mürəkkəbliklər yaratdığına inanırıq”.
Baxış sayı:77
Bu xəbər 17 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















