Icma.az
close
up
RU
İran XİN rəhbəri Zəngəzur dəhlizi ideyasının gündəmdən çıxarıldığını bildirib

İran XİN rəhbəri Zəngəzur dəhlizi ideyasının gündəmdən çıxarıldığını bildirib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvan və Bakı Azərbaycanın yurisdiksiyasında olacaq Zəngəzur dəhlizinin yaradılması məsələsini danışıqların gündəmindən çıxarıb.

Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib və o, bildirib ki, indi söhbət Ermənistanın suverenliyini pozmayan tranzit marşrutundan gedir.

“Nəqliyyat dəhlizinin yaradılması ideyası tamamilə mənasını itirib. İndi söhbət Ermənistanın yurisdiksiyasında olacaq və Ermənistanda da qeydiyyatdan keçmiş müştərək erməni-amerikan şirkəti tərəfindən idarə olunacaq tranzit magistralın yaradılmasından gedir”, - deyə qeyd edib.

Əraqçinin sözlərinə görə, Tehran Ermənistan-Azərbaycan münaqişəsinin həlli parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələr aparır, xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı və Ermənistan xarici işlər nazirinin müavininin səfəri planlaşdırılır. Əraqçi Tehrana gedən erməni diplomatın adını çəkməyib.

“Bizim hələ də öz narahatlığımız var, çünki Cənubi Qafqazda hər hansı xarici mövcudluğun regionda sülh və sabitlik üçün mənfi nəticələri ola bilər ki, biz bunu hər iki ölkəyə dəfələrlə xatırlatmışıq”, - deyə o əlavə edib.

Bundan əvvəl İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti Ermənistan ərazisindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvandakı anklavı ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılmasının əleyhinə çıxış edərək, İslam Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə belə bir layihənin həyata keçirilməsinə mane olacaqlarını bildirmişdi.

Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar.

Qadir, Bizimyol.info

P.S: Regionda təməli qoyulan sülh, İran tərəfini kəskin narahat edib. Daim sözdə regiondakı gərginlikdən narahat olduğunu bildirən Tehran, indi 180 dərəcə dönərək, Azərbaycanla Ermənistan arasındakı soyuq münasibətlərin isinməsindən narahat olduğunu göstərməyə başlayıb, hətta alovlanıb desək, daha doğru olar. İran rəsmiləri bu razılaşmaya mane olacaqlarını dilə gətirərək bölgədəki sabitliyi və münaqişənin sonlandırılmasını istəmədiklərini etiraf ediblər.

Nə qədər düşmən olsa da, qonşu dövlətin digər dövlətə ərazisindən yol verməsi, üçüncü ölkə üçün niyə bu qədər qıcıqlandırıcı olub? Bəs bir zamanlar qonşuluq dərsi verməyə çalışan İslam Respublikası nə baş verdi ki, qonşu-müsəlman dövlətinin kənarda qalmış ərazisi ilə əlaqənin gücləndirilməsindən narahat oldu? Bəs "qardaş ölkə" deyən İran, nədən Azərbaycanda sabitliyi özünə təhlükə sayır? Əlbəttə, bütün bu sualların cavabı, qapalı rejimin ömrünü uzatmaq iddiası ilə bağlıdır. Artıq haraya qədər aparmaq mümkünsə...

İran və Rusiyadan fərqli olaraq, dünyanın əksər dövlətləri bu yolun açılmasının lehinədirlər. Bu, dövlət rəsmiləri və Beynəlxalq Təşkilatların bəyanatlarında da aydın göründü. Və o da göründü ki, dünya avtoritar rejimlərdən canını qurtaqmağa çalışır. Bu da, "haqlı olaraq", İranı, Rusiyanı, KXDR və digər insan haqlarını tapdalayan diktaturaları narahat edir, edəcək.

Adı nə olursa olsun, yol sülh və barış gətirir. Buna görə rahatsız olmayın! Bir yola çıxılıbsa, o nə vaxtsa bitəcək...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri