Icma.az
close
up
RU
İran və Zəngəzur dəhlizi

İran və Zəngəzur dəhlizi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ərdoğanın mesajının izi ilə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anadolu” Agentliyinə açıqlamasında diqqəti Zəngəzur dəhlizi üzərinə yönəldib. Daha doğrusu, dəhlizin açılması baxımından İran amilinin vacibliyini qabardıb. Qardaş ölkə liderinin fikirlərinin əhəmiyyəti böyükdür və yazımızda bu barədə, eyni zamanda, Zəngəzur dəhlizinin region üçün əhəmiyyətini vurğulayan cəhətlərdən, onun reallaşmasına yaradılan maneələrdən söz açacağıq.

Beləliklə, Ərdoğan bildirib ki, Türkiyə ilə Azərbaycanın əlaqələrinin dərinləşməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv digər qardaş ölkələrimiz üçün mayakdır. Hesab edirik ki, bu mesajın özü ayrıca vurğulanmalıdır. Türkiyə lideri mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı qurumun əhəmiyyətinə dair ciddi mesajlar vermiş, habelə, vaxtilə Kiprdə, Qarabağda, Bosniyada törədilmiş, bu gün isə Qəzza zolağında yaşanan faciələrin TDT-yə üzv dövlətlər qarşısında sərhəd anlayışına fərqli yanaşmaq, yəni miqyası geniş götürmək və bu genişliyə uyğun düşünmək vəzifəsini müəyyənləşdirdiyini demişdi. Ən başlıcası isə, o, Türk dünyasının coğrafi üstünlüklərini önə çəkmiş, Şərq və Qərb arasında təhlükəsiz və fasiləsiz əlaqəni təmin edən və strateji marşrut kimi ön plana çıxan Orta Dəhlizdən söz açmışdı: “Biz Orta Dəhlizin uğuru üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk və təşkilata üzv dövlətlərin dəstəyinə ümid edirik”.

Bəli, Türkiyə lideri Ankara–Bakı münasibətlərini Türk dünyası üçün “mayak” adlandırırsa, Orta Dəhlizin vacib komponenti sayılan Zəngəzur dəhlizi üzərində dayanıb İran amilini qabardırsa, üstəlik, Tehrandan regionda sülh, sabitlik və inkişafa töhfə verəcək addımları dəstəkləməyi gözləyirsə, deməli, Ankaranın nəzərindəki Orta Dəhlizdə İslam respublikasına da yer var.

Türkiyə Prezidenti onu da bildirib: “Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi yaratmaqla yanaşı, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya marşrutudur”. Belə ehtimal etmək mümkündür ki, Ankara Tehranı bu marşruta maneəçilik yaratmamağa çağırır. Nəzərə alaq ki, son dövrlər İran rəsmiləri tərəfindən verilən bəzi açıqlamalar var. Məsələn, ölkənin Xarici işlər nazirinin müavini Səid Xətibzadə bu günlərdə bildirib ki, İslam respublikası regionda sərhədlərin dəyişməsinə yol verməyəcək. Üstəlik, İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin də oxşar tonlu açıqlamaları var. Ancaq başqa məqam da var ki, onu yazımızın sonunda diqqətə çatdıracağıq.

***

Ermənistan 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Naxçıvana maneəsiz yol vermək öhdəliyini götürüb. Lakin üzərindən, az qala, beş il keçməsinə baxmayaraq, rəsmi İrəvan nəinki öhdəliyi yerinə yetirmir, ümumiyyətlə, sözügedən bəyanatı qəbul etmir. Ən başlıcası isə hay hakim komandası öz mövqeyini ölkənin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı kontekstində əsaslandırır. Halbuki, Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, məqsədi Ermənistanın ərazi bütövlüyünü şübhələndirmək deyil.

O da məlumdur ki, ötən il Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin birgə İşçi qrupu çərçivəsində Naxçıvana yolun Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı şərtilə açılması formulu ətrafında müzakirə getmiş, hətta müəyyən razılıq əldə edilmişdi. Lakin sonradan rəsmi İrəvan məsələni reallaşdırmaqdan boyun qaçırmış, beləliklə, müzakirə yarımçıq qalmışdı. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi üçün başlıca məsələ heç də ölkənin ərazi bütövlüyünün toxunulmazlığı deyil.

Qeyd edək ki, Ermənistan Zəngəzur dəhlizi ideyasına qarşı özünün “Dünyanın kəsişməsi” avantürasını ortaya atıb və məsələni bütün beynəlxalq platformalarda təbliğ etməklə məşğuldur. Sözügedən avantüra ölkəni regional kommunikasiyaların açar fiquruna çevirmək məqsədi daşıyır. Baş nazir Nikol Paşinyan bir müddət əvvəl “Dünyanın kəsişməsi” ilə bağlı “planını” da təqdim edib. Həmin “plana” əsasən, Azərbaycandan Türkiyəyə avtomobil yolu ilə daşımalar Laçın–Kornidzor–Marqara marşrutu ilə həyata keçirilməlidir. Yəni yük avtomobilləri Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna daxil olmalı, oradan Türkiyə ilə sərhəddəki Marqaraya yetişməlidir.

Dəmir yolu əlaqəsinə gəlincə, Paşinyan bildirib ki, guya, bu, hələlik mümkün deyil. Sən demə, zəruri infrastrukturun qurulmasına ehtiyac var imiş. Əslində, Nikol Laçın–Kornidzor–Marqara marşrutunu da məhz buna görə irəli sürdüyünü diqqətə çatdırıb və elə görüntü yaradıb ki, Ermənistan regional kommunikasiyaların açılmasını tezləşdirmək istəyir. Əslində isə... Əlbəttə, Paşinyan dəmir yolu daşımalarının vacibliyini bilir və bu əlaqənin yaranması ilə bağlı “plan” hazırlayıb. Onun niyyəti Azərbaycanın Naxçıvana yolu “Azərbaycandan Azərbaycana yol” kimi görmək istəklərinə qarşıdır. Ona görə “Ermənistandan Ermənistana yol” cəfəngiyyatını ortaya atıb, o, Mehri–Yerasx marşrutundan danışıb. “Plana” əsasən, Mehridən erməni yük qatarları Naxçıvana daxil olub oradan Ermənistanın Yerasxına keçəcək.

Deməli, erməni baş nazir Mehridən Yerasxa gedən quru, daha dəqiq desək, avtomobil yolunun hündür ərazilərdən, dağ massivlərindən keçdiyini nəzərə alıb məsafəni səmərəliləşdirmək barədə düşünür, amma Laçın–Kornidzor–Marqara marşrutu ilə regional nəqliyyat bağlantısını, belə demək mümkünsə, dağa-daşa salır. Halbuki, hələ SSRİ dövründə Bakıdan Zəngilan– Mehri vasitəsilə Naxçıvana qatarlar işləyib. Həmin yola paralel avtomobil yolu olmalıdır, vəssalam. Azərbaycanın istəyi budur. Eyni zamanda, yolun maneəsizliyi. Yəni gömrük və sərhəd nəzarəti olmadan fəaliyyət göstərməsi.

Göründüyü kimi, rəsmi İrəvan regional kommunikasiyalar baxımından avtomobil yolu əlaqəsini dəmir yoldan ayrı tutur. Nikolun “dərin düşüncəsinə” görə, gündəmə gətirdiyi avtomobil yolu işləyəcək və dəmir yoluna ehtiyac qalmayacaq. Beləliklə, guya, Zəngəzur dəhlizi ideyası unudulacaq, müvafiq olaraq “Dünyanın kəsişməsi” reallaşacaq. Faktiki olaraq, erməni Kornidzoru Şərqdən Qərbə, Şimaldan Cənuba daşımaların mərkəzi nöqtəsinə çevriləcək.

***

Deməli, aydın olur ki, Ermənistan Naxçıvana quru yol əlaqəsinin qarşısını kəsmək istəyir. Həm Paşinyanın təfərrüatlarının diqqətə çatdırdığımız “planı”, həm də rəsmi İrəvanın ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı klişesi belə düşünməyə əsas verir. Bu isə o deməkdir ki, bir sıra beynəlxalq dairələr “erməni kartını” gündəmdə saxlamaq istəyirlər.

Qeyd edək ki, vaxtilə ermənilərin Cənubi Qafqaza köçürülmələri regionda xristian bufer zonası yaratmaq, Türk dünyası arasında bağları aradan qaldırmaq məqsədi daşımışdı. Qərb tərəfindən də dəstəklənmiş bu ideyanı rus imperializmi həyata keçirmişdi. İran da ona kömək göstərmişdi. Müasir Rusiya hazırda məsələdən geri durmuş kimi görünür. Daha doğrusu, Moskvaya regional kommunikasiyaların Zəngəzur dəhlizi konseptinə uyğun açılması sərfəlidir və bundan fayda götürə bilər.

Yerdə qalır İran. İranın regionda sərhədlərin dəyişməzliyinə dair ritorikası ehtimal yaradır ki, İrəvanla yanaşı, Tehran da Naxçıvana quru yolun olmasında maraqlı deyil və onlar, dolayası ilə, Zəngəzur dəhlizinin, böyük anlamda Orta Dəhlizin gerçəkləşməsini istəmirlər. Yəni həm də böyük Türk inteqrasiyasına qarşı çıxırlar. Türkiyə Prezidenti

Rəcəb Tayyib Ərdoğan isə TDT-nin Budepeştdə keçirilmiş sammitində türk dövlətlərini Orta Dəhlizin reallaşmasına dəstək göstərməyə çağırmaqla, onların böyük prosesə töhfəsinin zəruriliyini vurğulamaqla bərabər, həm də indi İranı Zəngəzur dəhlizinə maneçilik törətməməyə, faktiki olaraq, Türk dünyasının qarşısında dayanmamağa səsləyir. Deməli, dəhlizin əleyhdarlarına qarşı Türk həmrəyliyi xətti götürülür.

Əvvəldə bildirdiyimiz məqama keçid alaq. Əlbəttə, Tehranla “körpüləri yandırmaq” kimi niyyət yoxdur. İranın Zəngəzur dəhlizindən fayda götürməsi məsələsi hər zaman aktualdır və daha ciddi xarakterə malikdir. Görünür, Ərdoğan buna görə diplomatik davranır və hazırda Ankaranın nəzərində İran, eyni zamanda, rəsmi İrəvanı, loru dildə desək, ağıllandırmalı tərəf ampluasındadır. Böyük anlamda isə Ermənistanın istər ümumi mövqeyi, istərsə də Paşinyanın təfərrüatlarını açıqladığımız regional kommunikasiyalar “planı” Türkiyə üçün heç bir ciddi əhəmiyyət daşımır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri