İran XİN: Üçtərəfli görüş həm də regional təhlükəsizlik məsələlərini əhatə edir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İran, Rusiya və Azərbaycan arasında keçirilən üçtərəfli görüş yalnız iqtisadi və ticarət məsələlərini deyil, həm də regional təhlükəsizlik məsələlərini əhatə edir.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi "Sputnik"ə açıqlamasında bəyan edib.
Onun sözlərinə görə, bu iclas digər regional formatlarla yanaşı, məsləhətləşmə və fikir mübadiləsi mexanizmi rolunu oynayır.
Bəqayi vurğulayıb ki, görüş İranla qonşu ölkələrin regional əlaqələndirmə vasitəsilə sabitliyin və təhlükəsizliyin təmin edilməsinə verdikləri əhəmiyyətin göstəricisidir.

Azərbaycan və İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
03 Dekabr 2024 18:17
Azərbaycan və İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər AZƏRTAC
03 Dekabr 2024 18:04
Üçtərəfli görüş keçiriləcək
26 Fevral 2025 21:53
Tbilisidə üçtərəfli görüş
18 Aprel 2025 00:43

