İran və Qətər XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı mühüm regional məsələlər ətrafında fikir mübadiləsi ediblər.
Operativ Media-nın IRNA-ya istinadən verdiyi məlumata görə, nazirlər İsrail rejimi tərəfindən atəşkəs razılaşmalarının pozulması, Qəzza və Livana davam edən hücumlar, eləcə də mülki şəxslərin hədəfə alınması fonunda Fələstin və Livandakı mövcud vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər.
Tərəflər beynəlxalq ictimaiyyətin İsrailin öhdəliklərini tam yerinə yetirməsi, soyqırımı, işğal və ekspansionizm siyasətini dayandırması üçün bu ölkəyə təzyiq göstərməsinin vacibliyini vurğulayıblar.
Abbas Əraqçi və Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani Yəməndə baş verən son hadisələri də müzakirə edərək, ölkənin ərazi bütövlüyünün və birliyinin qorunmasının zəruriliyini qeyd ediblər.
Qeyd olunub ki, son günlərdə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurasının (STC) qüvvələri Yəmənin cənub əyalətlərinin əksər hissəsi üzərində nəzarəti ələ keçiriblər.
Silahlı qruplaşma basqınların məqsədinin ekstremistləri bölgədən çıxarmaq və qaçaqmalçılıq fəaliyyətinin qarşısını almaq olduğunu bildirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları