Icma.az
close
up
RU
İran yenə hədəfdədir

İran yenə hədəfdədir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əsəd rejiminin devrilməsi ilə müqavimət imkanları tükənən İranın İsrailin hücumundan qorunmaq üçün nüvə silahı əldə edə biləcəyi iddiaları bir müddətdir gündəmdədir. 

"Cebheinfo.az" xəbər verir ki, son zamanlar ABŞ və İngiltərə mətbuatında bu istiqamətdə yazılar dərc olunub.

Təhlildə “Hizbullah” və HƏMAS-ın zəifləməsi və Əsəd rejiminin devrilməsi ilə müqavimət oxuna ağır zərbə vurulan İranın İsraildən müdafiə olunmaq üçün nüvə silahı əldə etməyə çalışa biləcəyi qiymətləndirilir.

Bu səbəbdən də İranın nüvə proqramını sürətləndirə biləcəyi iddia edilir.

İngiltərə, Almaniya və Fransa birgə bəyanatla çıxış edərək İranı zənginləşdirilmiş uran ehtiyatını əvvəlkindən daha çox artırmaqda ittiham ediblər.

İranın heç bir mülki əsas olmadan bu ehtiyatı artırdığı iddia edilib.

Onun bu yolla birdən çox nüvə silahı hazırlaya biləcək materialları əldə etdiyi bildirilib.

İranın BMT-dəki nümayəndəsi bildirib ki, BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqini nəzərdə tutan mexanizm həyata keçərsə, İran sərt cavab verəcək.

İranın neft sektoru ilə bağlı diqqətçəkən xəbərlər də var.

"Reuters" xəbər agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun ölkədə neft sektorunda üstünlüklərini artırdığını açıqlayıb.

Buna uyğun olaraq, İranın neft ixracatının 50 faizi İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarəti altındadır. Üç il əvvəl bu nisbət 20 faizlə məhdudlaşdırılmışdı.

Sanksiyalara baxmayaraq, İranın neft gəlirlərinin hər il 50 milyard dollara çatdığı təxmin edilir.

İran neftlə zəngin olsa da, elektrik enerjisi və qaz təchizatında problemlər qalmaqdadır.

Soyuq hava, elektrik və qaz təchizatında problemlər səbəbindən bir çox ştatlarda məktəblər bağlanıb.

Prezident Məsud Pezeşkiyan əhalini kombilərini 2 dərəcə aşağı rejimdə işlətməyə çağırıb.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri