İran yeraltında RAKET İSTEHSALINI BƏRPA ETDİ
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və Yaxın Şərq mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İran hərbi rəhbərliyi ehtiyatda olan detallardan istifadə edərək yeraltı sığınacaqlarda raket yığılmasını həyata keçirir. Xüsusilə Tehranın şərqində yerləşən Xocir hərbi kompleksində və digər yeraltı obyektlərdə aktiv hərəkətlilik müşahidə olunur. İranlı mütəxəssislərin həm buraxılışdan öncə yanacaqla doldurulan, həm də döyüşə hazır vəziyyətdə olan raket modellərini yığdıqları bildirilir. Bununla yanaşı, İran rəhbərliyi yeni yeraltı istehsal müəssisələrinin tikintisini də davam etdirir.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tehran iyunun 17-də Vaşinqtonla anlaşma memorandumunun imzalanmasından sonra istehsalı aşağı templə də olsa bərpa edə bilib. İranın əlində olan mövcud ehtiyat hissələri hesabına ən azı 200 ədəd ballistik raket yığmaq potensialına malik olduğu vurğulanır.
Bununla belə, ərəb ölkələrinin rəsmi nümayəndələri hesab edirlər ki, hərbi əməliyyatlar zamanı raket yanacağı istehsal edən kimyəvi zavodlara vurulan zərbələr İranın tammiqyaslı kütləvi istehsala keçməsinə əngəl yaradır.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Sentyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















