Icma.az
close
up
RU
“İran Zəngəzur dəhlizində hərbi qüvvələrin yerləşdirilməsini qətiyyətlə qəbul etmir” Deputat

“İran Zəngəzur dəhlizində hərbi qüvvələrin yerləşdirilməsini qətiyyətlə qəbul etmir” Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran prezidenti Məsud Pezeşkian və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilib. Görüş zamanı Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Naqif Həmzəyev bildirdi ki, İran prezidenti Pezeşkianın Ermənistana nəzərdə tutulan səfəri yalnız ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə məhdudlaşmadı:

"O, həm də Vaşinqtonda əldə edilən razılaşma, xüsusən Zəngəzur dəhlizinin 99 illiyə ABŞ şirkətinə icarəyə verilməsi məsələsi çərçivəsində İran mövqeyinin qorunmasına yönəlmişdi. Görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyan İran tərəfini razı salmağa nail oldu. O, bu anlaşmanın detalları barədə prezidentə ətraflı məlumat verdi və hər bir halda İran maraqlarına zidd addım atılmayacağına, onların qorunacağına dair zəmanət təqdim etdi. İran prezidenti, eyni zamanda, Azərbaycan ərazisindən Azərbaycan ərazisinə birbaşa əlaqənin reallaşmasına dəstək ifadə etdi. Pezeşkian qeyd etdi ki, İrandan keçməklə Naxçıvana çıxışı onsuz da dəstəkləyirlər. Buna görə də, Ermənistan üzərindən Naxçıvana maneəsiz dəhlizin istifadəyə verilməsinə İranın etiraz etməyəcəyi gözlənilir. Tehranın əsas narahatlığı Ermənistan ərazisi üzərindən Cənubi Qafqaza çıxış imkanlarının məhdudlaşdırılmasıdır. Lakin İrəvan belə bir vəziyyətin yaranmayacağına dair zəmanət verdi".

Deputat qeyd etdi ki, İran ABŞ-nin bölgədə möhkəmlənməsinə qarşı çıxır:

"Xüsusilə də, Zəngəzur dəhlizinin işlədilməsi ilə əlaqədar hər hansı hərbi qüvvənin burada yerləşdirilməsini qətiyyətlə qəbul etmir. Verilən mesajlarda açıq şəkildə bildirildi ki, üçüncü qüvvələrin bölgədə olması İran tərəfindən dəstəklənmir. Bir sözlə, bu görüş və ondan doğan nəticələrlə bağlı daha dəqiq qiymətləndirmələr yaxın gələcəkdə mümkün olacaq. Unutmaq olmaz ki, Rusiyanın da mövqeyi diqqət çəkir. Moskva, Ermənistan maraqlarına zidd addımlar atılmadığı təqdirdə, layihəni dəstəklədiyini bəyan edir. Azərbaycan isə prosesi yaxından izləyir. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəaları əsas götürülür və Ermənistanın öhdəlik daşıdığı xatırlanır. ABŞ-də əldə edilmiş razılaşma da Azərbaycanın maraqlarının qorunduğunu göstərir. Bakı, öz mövqeyini müdafiə etməyə qadirdir və bütün tərəflər bu reallığı yaxşı anlayır. İnam var ki, Ermənistan öhdəliklərini icra edəcək, Azərbaycana qarşı ərazi iddialarından tam imtina edəcək və bunu konstitusiya dəyişiklikləri ilə təsdiqləyəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi istiqamətində proseslər də vaxt itirilmədən başlanmalıdır. Azərbaycan ilin sonuna qədər öz ərazisində dəhlizin əsas komponenti olan dəmir yolu və avtomobil yolunun inşasını başa çatdıracaq. Beləliklə, böyük nəqliyyat şəbəkəsi formalaşacaq. Ermənistan ərazisində tikinti işlərinin gecikdirilməsi isə layihənin ümumi ləngiməsinə səbəb ola bilər. Ona görə də, bu məsələlər qısa müddətdə həllini tapmalıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa təmaslar prosesi sürətləndirə bilər. Bununla yanaşı, İran və Rusiyanın müdaxilələri qaçılmazdır. Ermənistan hər iki tərəfi razı salmalı, təzyiqlərdən minimum itki ilə çıxış yollarını tapmalıdır".

Nuriyyə NATİQQIZI 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri