Icma.az
close
up
RU
Türkiyəli ekspert: Zəngəzur dəhlizi türk dövlətlərinin inteqrasiyası yolunda maneələri aradan qaldıracaq

Türkiyəli ekspert: Zəngəzur dəhlizi türk dövlətlərinin inteqrasiyası yolunda maneələri aradan qaldıracaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 12 avqust, AZƏRTAC

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan ilə Ermənistan arasında münasibətlər məsələsi deyil, həm də bütün Türk dünyası üçün əhəmiyyətli bir təşəbbüsdür. Bu marşrut sayəsində türk dövlətlərinin fəal inteqrasiyası yolunda maneələr aradan qaldırılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı “Star” qəzetinin əməkdaşına söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın qətiyyətli mövqeyi və Türkiyənin strateji dəstəyi geosiyasi uğura nail olmağa - Zəngəzur dəhlizinin açılışını yaxınlaşdırmağa imkan verib. “Strateji arteriya Mərkəzi Asiyadan İstanbula qədər “türk qurşağı” yaradacaq, türk dövlətlərinin təkcə iqtisadiyyatlarını deyil, həm də mədəniyyətlərini və vətəndaşlarının qəlblərini bir araya gətirməyə imkan verəcək”, - deyə E.Orallı 44 günlük Vətən müharibəsində Qələbə ilə Azərbaycanın beynəlxalq mövqelərinin xeyli möhkəmləndiyini vurğulayıb.

“Respublika təkcə döyüş meydanında deyil, həm də danışıqlar masası arxasında öz gücünü nümayiş etdirdi. Regionda güc balansını nəzərə alan rəsmi Bakının diplomatiyasının dəqiq tələbləri və qətiyyəti Zəngəzur dəhlizinin açılmasının faydalarını dünyaya tam göstərdi”, - deyə ekspert qeyd edib.

Universitetinin dosenti diqqətə çatdırıb ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrut logistik xərcləri azaldacaq, ticarətin miqyasını artıracaq, mədəni əlaqələri fəallaşdıracaq və bununla da “Bir millət, yeddi dövlət, bir gələcək” strateji Konsepsiyasının həyata keçirilməsi üçün zəmin yaradacaq.

O, Ankara və Bakının regionda əlaqələndirilmiş diplomatik səylərinin uğuruna diqqət çəkib, bildirib ki, bu da bir çox cəhətdən avqustun 8-də Vaşinqtonda keçirilən görüşün əsasını formalaşdırıb.

“Zəngəzur dəhlizi sayəsində Cənubi Qafqaz artıq münaqişə bölgəsi deyil, əməkdaşlıq və inkişaf zonası kimi qəbul ediləcək. Bu, gələcək nəsillərə miras qalacaq dəyərli irsdir. Azərbaycanın iradəsi və qətiyyəti, Türkiyənin strateji baxışı ilə birlikdə bütün dünyaya göstərdi ki, Türk dünyası naminə birgə səylər istənilən maneələri dəf edə bilir, gələcəyə yol açır” – deyə L.Orallı sözünü yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri