Icma.az
close
up
RU
İran “Zəngəzurdan” geri çəkilir ŞOK PROQNOZ

İran “Zəngəzurdan” geri çəkilir ŞOK PROQNOZ

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Cənubi Qafqaza itki verəcəyini hiss edərək, kompromisə hazırlaşır. Belə ki, İranın İsraillə kölgə döyüşləri, HƏMAS, “Hizbullah” üzərindən verdiyi itkilər, Suriyada mövqeyinin sarsılması onun Cənubi Qafqazdakı “qırmızı xətli” ambisiyalarına da sarsıdıcı zərbələr vurur.

Bu barədə siyasi analitik Aqşin Kərimov deyib.

Onun fikrincə, İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən aşağı vəziyyətdədir, belə olan halda, İran öz baxışlarını dar bir cəbhəyə fokuslayır:

"İran daha uzunmüddətli perspektiv üçün Suriyada hakimiyyətin yenidən təşkilində iştiraka çalışacaq, yəqin ki, Livandakı “Hizbullah”a yardım rolu oynamış təchizat marşrutları ilə bağlı təminatlar qoparmağa həvəslənəcək.

Lakin bu, daha çətin görünür. Çünki İsrail Hələbi Dəməşqlə birləşdirən, Livan sərhədi boyunca uzanan şimal-cənub yolunda “Hizbullah”ın əsas təchizat yollarını pozmaq üçün nəzarəti ələ keçirir.

Beləliklə, İranın geosiyasi və regional riskləri onu “müttəfiqi” Rusiya ilə bərabər, rəqibləri ilə də konsensus axtarışına sövq edir.

Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı “Qafqaz güzəşti”nin qaçılmaz olduğuna inandırmağa məcburdur.

İran həm daxili siyasətdəki hekayələri, həm də regional və beynəlxalq siyasətdəki korlanan izlər səbəbindən məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçə bilər.

Bununla da İranın Qafanda açdığı konsulluq geosiyasi risklərdə sadəcə olaraq simvolikləşir və Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir."

Aqşin Kərimov qeyd edir ki, bununla da İranın Cənubi Qafqazda əvvəlki illərdəki aktivliyi daha az əhatəli maraqlarla əvəzlənir və Azərbaycan dəyişən geosiyasi mənzərədən istifadə edərək, strateji müttəfiqi Türkiyə ilə İranın zəifləmiş anını seçib maraqları naminə yeni reallıqlar yarada bilər. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri