Icma.az
close
up
RU
İrana cavab verilməlidir: “İlk atəş”i onlar açıblar

İrana cavab verilməlidir: “İlk atəş”i onlar açıblar

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran rejimi Azərbaycana qarşı növbəti təxribatçı tədbir keçirib. Belə ki, bir neçə gün bundan öncə Ərdəbildə əyalətin imam-cüməsi, İran rəhbəri Əli Xameneyinin nümayəndəsi Seyid Həsən Amilinin təşəbbüsü ilə “19 yanvar mərasimi– dünya müsəlman azərilərinin günü” keçirilib”. 

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, “Din, Dil, Torpaq” şüarı altında keçiriən tədbir Ərdəbilin Şeyx Səfi Kompleksinin “Xətai” zalında baş tutub: 

“Hətta bu tədbir 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi milli günlərə alternativ kimi nəzərdə tutulub. Molla rejimi bu cür ucuz şoularla Azərbaycanın milli birliyinə zərbə vurmağa çalışırlar. İranda panfarsist dairələr hesab edir ki, guya 19 yanvarda Sovet qoşunları Bakıda qırğın törədən zaman azərbaycanlılar İranla sərhədi dağıtmış, İrana ərazisinə keçərək “ana vətənə qovuşmuşlar”. Bunlar cəfəng iddialardır. 

Əvvəla, sərhəd hərəkatı dekabr ayında baş verib. Bəli, sərhədlər dağıdılıb, amma “ana vətən İrana qovuşmaq üçün” yox. O taylı, bu taylı Azərbaycan türkləri ana vətənin Dərbənddən Həmədana qədər böyük ərazi olduğunu gözəl bilir. Bizim xalqın düşüncəsində “Vahid İran xalqı kimliyi” heç zaman olmayıb. Bəli, İran adlanan ərazini 1000 il ərzində türk sülalələri idarə edib. Ancaq onlar təqdim edildiyi kimi “İrançı” olmayıblar. Azərbaycanın quzeyində 200 ildən çoxdur ki, fars dilinin ənənəsi, vahid şiə kimliyi məhv olub”. 

Ekspert qeyd edib ki, Azərbaycan vətəndaşları heç zaman İrana bel bağlamayıb, ümid etməyib: 

“Ötən 100 ildə iki dəfə bizim imdadımıza Türkiyə türkləri gəliblər. İran isə özünü islam respublikası adlandırsa da hər zaman müsəlman Azərbaycan türklərinin torpağını işğal etmiş, xalqını soyqırıma məruz qoymuş, məscidlərini dağıtmış Ermənistanı müdafiə edib. İranın işğalçı Ermənistana, bu gün Bakıda mühakimə edilən qondarma rejimin babilənlərinə yardımı 2023-cü ilə qədər davam edirdi. Azərbaycan xalqı yaddaşsız deyil. Biz artıq dostumuzu düşmənimizdən ayırmağı bacarırıq”. 

Elman Cəfərli hesab edir ki, Amili kimilər ana dili məsələsində çox da “irəli getməsələr” yaxşıdır: 

“Amili tədbiri “Din, Dil, Torpaq” devizi altında keçirib. Onların dini təəssübkeşliyinin saxta olduğunu yuxarıda söylədik. Torpaq məsələsində də ikiüzlü siyasət aparıblar. İran Qarabağın və ətraf ərazilərin Azərbaycanın tərkibinə keçməsinə raz deyildi. İran rəhbəri bir dəfə “Qarabağ müsəlman torpağıdır” demişdi. Dost olsaydılar, səmimi olsaydılar, hər şeyi adı ilə çağırar, “Ermənistan Azərbaycanın Qarabağ torpağını işğal edib” deyərdilər. 

Amma bunu etmədilər. Dil məsələsinə gəlincə, İranda 40 milyona türkün, lap elə Amilinin dediyi kimi, “müsəlman azərilərin” ana dilində bircə məktəbi belə yoxdur. Bu cür təfriqəçi tədbirlər keçirməkdənsə, problemi həll etsinlər, azərbaycanlılara ana dilində məktəb açsınlar”. 

Həmsöhbətimiz əlavə edib ki, İrana ideoloji müstəvidə cavab gecikməməlidir: 

“Səfirliyə hücumdan sonra münasibətlərdə gərginlik səngimişdi. İndi “ilk atəşi” onlar açıblar. Biz də cavab verməliyik. Dünya Azərbaycanlılarının Qurultayı çağırılmalı, Güney Azərbaycanla bağlı mühüm qərarlar qəbul olunmalıdır. Bakıda GAMAC, GAMOH kimi milli təşkilatların büroları fəaliyyət başlamalıdır. Güney Azərbaycan türklərinə xitab etməyi bacaran media layihələri yaradılmalıdır. 

Bakı Güney Azərbaycan milli kimlik və ana dili hərəkatının əsas tribunası olmalıdır. Bu işdə gecikmək olmaz. Güney Azərbaycan türklərinə sahib çıxmalıyıq. Ora siyasi cəhətdən yetkin toplum formalaşdıra bilsək, bu, bizim Azərbaycanın milli birliyini pozmağa, etnik və dini zəmində bölücülük yaratmağa çalışan İranın şovinist rejiminə qarşı təsir rıçaqımız olacaq”. 

Elmir 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri