Narkotik daşıyanlar sərhədçilərimizə atəş açıblar Fotolar
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə 4 (dörd) nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb:
“Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları ataraq havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 (üç) ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir”.

Bu mövzuda digər xəbərlər:Ölkəyə PUA ilə narkotik daşıyanlar saxlanıldı FOTOLAR
18 Mart 2025 12:01
Narkotik gətirənlər sərhədçilərimizə atəş açdı Biri zərərsizləşdirildi, üçü saxlanıldı
27 Aprel 2025 14:12
Kələm yükündən narkotik aşkarlanıb FOTOLAR
13 Yanvar 2026 12:04
Avtomobildə 8 kq narkotik vasitə daşıyanlar saxlanıldı
30 Aprel 2025 18:29
İrandan “kahı” adı ilə narkotik daşıyanlar saxlanıldı
01 Avqust 2025 13:58
Baxış sayı:130
Bu xəbər 27 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















