İrana hücumun fəlakətə çevrilməməsi üçün əlimizdən gələni edirik
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İran-İsrail arasında yaşanan son eskalasiyalarla əlaqədar danışıb. O bildirib ki, rəsmi Ankara İrana hücumların böyük bir fəlakətə çevrilməməsi üçün əlindən gələni edir.
Bu barədə Türkiyə KİV-ləri xəbər verir.
“İsrail və onun tərəfdarlarının bizim qonşumuz İrana qarşı hücumlarının daha böyük fəlakətə çevrilməməsi üçün bütün lazımı səyləri göstəririk”,- Ərdoğan Ankarada həmkarlar ittifaqları nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 İyun 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















