Icma.az
close
up
RU
Ukraynaya yardım üçün əlimizdən gələni edirik

Ukraynaya yardım üçün əlimizdən gələni edirik

Icma.az, Axar.az saytına istinadən bildirir.

Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı ötən il Ukraynaya verdiyi tövsiyəsini xatırladıb:

"Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiqləyirəm: münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, əməliyyatların dayandırılması üçün müəyyən dairələrin təzyiqi olub, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər verilib, təbii ki, Ukrayna xalqı və hökuməti buna razı olmadı".

İlham Əliyev öz qiymətləndirmələrinə əsasən bildirib ki, bu müharibənin dərhal dayandırılması çoxdan dərk edilməli idi:

"Artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dərhal dayandırılmalıdır. Təbii ki, bu, Azərbaycanın və mənim humanist mövqeyimdir".

Prezident bu kontekstdə Azərbaycanı misal çəkib.

"Mən vaxtilə işğaldan əziyyət çəkən dövlətin rəhbəriyəm, bizim bu mənada nadir təcrübəmiz var. Bizi də məcbur edirdilər ki, Qarabağdan imtina edək. Mən daxil Azərbaycanda heç kəs buna razı ola bilməzdi, amma bu dünyanın üç aparıcı ölkəsinin (Minsk qrupu – red.) birgə mövqeyi idi. Onlar BMT TŞ daimi üzvləri idi, həmin mövqeyə tab gətirmək olduqca çətin məsələ idi. İkinci Qarabağ müharibəsi başlayanda onların üçü də dərhal müharibənin dayandırılmasını tələb edirdilər. Onlar bizə zəng edirdilər, hədə-qorxu gəlir, təhdid edirdilər. Tələb o idi ki, heç nə dəyişilməsin, hətta bəziləri bizə təklif edirdi ki, məsələn, Füzulini azad etdiniz, dayanın. Biz müxtəlif diplomatik üsullardan istifadə edirdik, mən XİN rəhbərini Moskvaya, Vaşinqtona, Avropaya çoxsaylı görüşlərə göndərirdim. Onların məqsədi o idi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsin, amma onlar iflasa uğradı, çünki xalqın iradəsini sındırmaq olmaz. Öz müstəqilliyini, kimliyini qorumağa çalışan xalqın iradəsini sındırmaq olmaz".

Dövlət başçısı deyib ki, Zelenskinin mövqeyinə bələddir.

"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o bunu ictimai şəkildə bəyan edib. Apreldə Azərbaycana səfəri zamanı da söhbətimiz oldu. İstənilən halda, Azərbaycanın mövqeyi dəyişilməzdir. Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Onun suverenliyinin və sərhədlərinin toxunulmazlığını tərəfdarıyıq. Xalqın icazəsi olmadan heç bir ölkənin sərhədləri dəyişdirilə bilməz, burada bizim mövqeyimiz ardıcıldır.

Biz Ukraynaya yardım üçün əlimizdən gələni edirik, biz bunu reklam üçün yox, səmimi qəlbdən edirik, həm dövlət səviyyəsində, həm də sıravi insanlar səviyyəsində vahid bir mövqeyimiz var ki, əziyyət çəkən xalqa, ərazi bütövlüyü pozulmuş bir ölkəyə əlimizdən gələni etməyə çalışırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyul 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri