Icma.az
close
up
RU
“İrana maksimum təzyiq”in müəllifinə 18 maddə üzrə İTTİHAM

“İrana maksimum təzyiq”in müəllifinə 18 maddə üzrə İTTİHAM

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton barəsində gizli sənədlərin saxlanması ilə bağlı aparılan istintaq çərçivəsində ittiham aktı hazırlanıb. 

"Cebheinfo.az" xəbər verir ki, CNN-in adları açıqlanmayan iki rəsmi şəxsə istinadla verdiyi xəbərə görə, Merilend ştatında federal böyük münsiflər heyəti daha əvvəl Federal Təhqiqat Bürosu (FBI) tərəfindən evi axtarılmış Bolton barəsində ittiham aktı hazırlayıb. 

İttiham aktında Boltona “gizli məlumatları qanunsuz şəkildə saxlamaq və paylaşmaq” səbəbilə 18 maddə üzrə ittiham irəli sürülüb. 
Boltonun Greenbelt bölgəsindəki federal məhkəmə orqanlarına “təslim olması” gözlənilir. Trampın əvvəlki prezidentlik dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan Boltonun həmin dövrdə gizli məlumatları elektron poçt vasitəsilə həyat yoldaşı və qızı ilə paylaşdığı bildirilir. 

FBI gizli sənədlərin saxlanması ilə bağlı istintaq çərçivəsində Boltonun Merilenddəki evində 22 avqust tarixində axtarış aparmışdı. Rəsmi şəxslər Boltonun hələlik heç bir cinayətlə ittiham olunmadığını və saxlanılmadığını bildirmişdi. 

Daha sonra FBI-ın Boltonun evində apardığı axtarış zamanı telefonlar, kompüter avadanlıqları və bəzi sənədlərə əl qoyduğu ortaya çıxmışdı. Bolton 2018–2019-cu illərdə Ağ Evdə milli təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərmişdi. 

Tramp dövründə “İrana maksimum təzyiq” siyasətinin memarlarından biri olan Bolton Tramp ilə fikir ayrılığına görə vəzifəsindən uzaqlaşdırılmışdı. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri