Icma.az
close
up
RU
ABŞ dən İrana maksimum təzyiq

ABŞ dən İrana maksimum təzyiq

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Fevralın 4-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinə dair sənədi imzaladı. Bununla da Tramp səlahiyyətlərinin icrasına başlamasından cəmi iki həftə sonra İrana qarşı əvvəlki prezidentliyi dövründə yürütdüyü siyasəti davam etdirmək əzmini ortaya qoydu. Amma onu da bildirdi ki, İranla yeni razılaşma əldə olunması tədqirində bu sənədin icra olunmayacağına ümid edir".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.

Bildirilir ki, Tramp eyni zamanda, sələfi Co Baydenin ünvanına sərt tənqidlər səsləndirib və bildirib ki, o, İrana qarşı sanksiyaların icrasını zəiflətməklə Tehran hakimiyyətinin cəsarətlənməsinə şərait yaradıb:

"Nəticədə İran neft sataraq pul əldə edib və həmin pulla həm öz nüvə proqramını, həm də proksi qüvvələri vasitəsilə regional təsirini genişləndirməyə nail olub. Sənədin əsas məqsədi də İran rejiminin bu iki istiqamətdə fəaliyyətini cilovlamaq, necə deyərlər, əl-qol açmasına imkan verməməkdir. Bunun üçün isə İranın neft ixracının qarşısının alınması əsas hədəf kimi qoyulur".

"Milli Təhlükəsizliyə dair Prezident Memorandumu/NSPM-2" adlanan sənəddə ABŞ-nin İranla bağlı siyasəti aydın şəkildə ifadə olunur: "ABŞ-nin siyasəti bundan ibarətdir ki, İranın nüvə silahı və qitələrarası ballistik raketlər əldə etməsinə imkan verilməsin, Tehranın regional şəbəkəsinin və təcavüzkar kampaniyasının qarşısı alınsın, SEPAH və onun proksi qüvvələri zəiflədilsin, onlar destruktiv fəaliyyətlərini təmin edən maliyyə qaynaqlarından məhrum edilsin, İİR-in raket proqramının inkişafı, asimmetrik və adi silahlar istehsalı dayandırılsın. Bunun üçün İrana qarşı mövcud sanksiyaların var gücü ilə işləməsi, onları pozan şəxslər və qurumlara qarşı sərt tədbirlər görülməsi nəzərdə tutulur", - deyə videosüjetdə bildirilir.

Ətraflı süjetdə:

ABŞ-dən İrana maksimum təzyiq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri