Icma.az
close
up
RU
İranda Allaha inanmayanların sayı... Heyrətamiz nəticə

İranda Allaha inanmayanların sayı... Heyrətamiz nəticə

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

1975-ci ildə - İslam İnqilabından 4 il əvvəl aparılan araşdırma-sorğu İran xalqının 80 faizindən çoxunun mütamadi namaz qıldığını və oruc tutduğunu üzə çıxarmışdı.

Turkustan.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, hazırda vəziyyət köklü şəkildə dəyişib:

“İndi İran cəmiyyətinin 20 faizindən çoxu ümumiyyətlə Allahın varlığına inanmır, yəni ateistdir. Cəmiyyətin 78 faizi Allahın varlığına inansa da, yalnız 30 faiz cənnət və cəhənnəmə inanır. Məlum olduğu kimi, islam dininə görə, hər bir müsəlman Qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan Quranı da inkar etmiş olur. Quranı inkar edən isə peyğəmbərləri də inkar etmiş sayılır.

2020-ci ildə dövlət tərəfindən həyata keçirilən sorğuda rəyi soruşulanların 60 faizi Ramazanda oruc tutmadığını bildirmiş, ancaq bunu “xəstəlik”lə əlaqələndirmişdi. Bəhs etdiyim araşdırma zamanı respondentlərin 60 faizindən çoxu mütamadi namaz qılmadıqlarını bildirmişdi. Namaz və orucun islamın beş təməl şərtindən biri olduğunu nəzərə alsaq, İranda dinə münasibətin necə kəskin dəyişdiyi haqqında aydın təsəvvürlər yaranar.

Araşdırma zamanı İran cəmiyyətin 72 faizinin qadınların hicab taxmasını məcburi edən qanunun əleyhinə olduqları da üzə çıxıb. İran parlamenti “ictimai yerlərdə saçlarını örtməyən” qadınlara qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu qəbul etsə də, Prezident Məsud Pezeşkian bu qanunu imzalamaqdan imtina etdi. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumunda CNN müxbiri Fərid Zəkəriyaya verdiyi müsahibədə o zaman İranın strateji məsələlər üzrə vitse-prezidenti olan Məhəmməd Cavad Zərif Prezident Məsud Pezeşkianın qərarını belə şərh etmişdi: “Tehran küçələrinə çıxsanız, saçlarını örtməyən qadınları görərsiniz. Bu, qanunsuzdur, lakin hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”. Məhəmməd Cavad Zərif müsahibəsinə onu da ələvə edib ki, bu qərar Prezident Məsud Pezeşkianın seçkiqabağı vədi olub və yerinə yetirilib.

İranda dinə münasibətin öyrənilməsinə həsr edilmiş araşdırma zamanı o da məlum olub ki, respondentlərin 43 faizi dini prozelitizmə qarşı çıxıb və bildirib ki, heç bir din ictimai ifadəyə malik olmamalıdır. Bütün bunlar hazırkı İran cəmiyyətinin İslam İnqilabı ərəfəsindəki cəmiyyətdən nə qədər fərqləndiyini, dini dəyərlərin nə qədər böyük ölçüdə gözdən düşdüyünü göstərir”./axar.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:639
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri