İranda heyrətamiz reallıq 300 dollar bu qədər paçka pul edir
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran rialının kəskin dəyər itirməsi ölkədəki iqtisadi vəziyyətin nə qədər ağırlaşdığını göstərən diqqətçəkən mənzərə yaradıb.
Turkustan.az xəbər verir ki, İranın sərbəst valyuta bazarında 1 ABŞ dollarının məzənnəsi 2,2 milyon rialı keçərək tarixi minimuma enib. Bu məzənnə ilə cəmi 300 ABŞ dolları təxminən 660-663 milyon İran rialına bərabərdir.
Məbləğin fiziki həcmi də diqqət çəkir. 663 milyon rialı geniş istifadə olunan 100 min riallıq əsginaslarla hesablasaq, 6 630 əsginas alınır. Hər paçkada 100 əsginas olduğu halda bu, təxminən 66 tam "paçka" pul deməkdir.
Rialın sürətlə ucuzlaşmasının əsas səbəbləri sırasında ABŞ-nin İrana qarşı iqtisadi təzyiqlərinin sərtləşməsi, ölkənin xarici valyuta gəlirlərinin azalması və neft ixracındakı kəskin geriləmə göstərilir.
İran iqtisadiyyatı rialın dəyərdən düşməsi ilə yanaşı, yüksək inflyasiya və xarici valyuta çatışmazlığının təzyiqi altındadır./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 06 Sentyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















