İranda baş verən etiraz aksiyalarının görünməyən tərəfləri nələrdir ? ŞƏRH OLUNDU
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
"İranda baş verən kütləvi etiraz aksiyaları həm görünən, həm də dərin struktur xarakterli görünməyən səbəblərlə izah olunur. Qeyd etmək lazımdır ki, bu cür etirazlar İranda yeni hadisə deyil; əvvəlki illərdə də müxtəlif sosial, iqtisadi və siyasi motivlərlə genişmiqyaslı ictimai narazılıqlar müşahidə olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, bu proseslərin əsas səbəblərindən biri ölkədə uzun müddətdir tətbiq edilən sərt daxili siyasi kurs və hakimiyyətin repressiv idarəetmə mexanizmləridir:
"Son illərdə İran iqtisadiyyatında dərinləşən inflyasiya, milli valyutanın dəyərdən düşməsi və işsizlik səviyyəsinin artması əhalinin sosial rifahına ciddi mənfi təsir göstərmişdir. Geniş əhali təbəqələrinin yaşayış səviyyəsinin aşağı düşməsi etirazların açıq və birbaşa səbəbi kimi çıxış edir və bu, prosesin ən aydın görünən tərəfidir.
Bununla yanaşı, etirazların daha az müşahidə olunan, lakin mühüm əhəmiyyət daşıyan tərəfi də mövcuddur. Bu aspekt əsasən geosiyasi faktorlar və xarici təsirlərlə bağlıdır. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi sanksiya siyasəti, diplomatik və strateji təzyiqlər, həmçinin Qərb dövlətlərinin regiondakı proseslərə marağı daxili narazılıqların artmasına dolayı təsir göstərir. Xüsusilə Qərb siyasi dairələrinin etirazlara verdiyi siyasi və informasiya dəstəyi bu aksiyaların genişlənməsində katalizator rolunu oynayır.
Mövcud mərhələdə İran hakimiyyəti əhalinin sosial tələblərinə adekvat cavab vermək və iqtisadi vəziyyəti sabitləşdirmək istiqamətində effektiv mexanizmlər formalaşdırmaqda çətinlik çəkir. Hakimiyyətin əsas cavab strategiyası kimi güc amilinə üstünlük verməsi isə problemlərin köklü həllinə deyil, əksinə, ictimai gərginliyin daha da dərinləşməsinə səbəb olur.
Bütün bu faktorlar göstərir ki, İranda baş verən etirazlar yalnız sosial-iqtisadi çərçivədə izah edilə bilməz. Bu proseslər eyni zamanda geosiyasi maraqlar, ideoloji qarşıdurmalar və regional güc balansı kontekstində formalaşır. Mövcud tendensiyalar nəzərə alındıqda, gələcək dövrdə etirazların miqyasının genişlənməsi ehtimalı istisna edilmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Yanvar 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















