İranda etiraz aksiyalarının iştirakçısı edam edildi
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
"Unikal" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 28 yaşlı Mehrab Abdullazadə Urmiya şəhərinin sakini olub və 2022-ci il oktyabrın 30-da Məhsa Əmininin ölümündən sonra ölkə boyu başlayan kütləvi etirazlar fonunda həbs edilib.
İslam Respublikasının məhkəmə-ədliyyə sistemi Abdullazadəni "ölkədə iğtişaşlar yaratmaq"da təqsirli bilib. İstintaq orqanları onun Urmiyada hökumətyönlü könüllü qrupun üzvü Abbas Fatemiyyənin ölümü ilə bağlı hadisədə iştirak etdiyini iddia ediblər.
Bir gün əvvəl insan haqları fəalları Abdullazadənin təkadamlıq kameraya köçürüldüyünü və zindandan naməlum istiqamətdə aparıldığını bildirmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















