Icma.az
close
up
RU
İranda baş verən hadisələr sübut etdi ki… Natiq Cəfərli

İranda baş verən hadisələr sübut etdi ki… Natiq Cəfərli

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İranda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanda qonşularımızı dərindən öyrənən “beyin mərkəzləri” yoxdur, mütəxəssislər çatışmır, ciddi analitik yazılar, çıxışlar az, emosional yanaşma isə həddən artıq çoxdur.

Açığı, biz Ermənistanı belə öyrənməmişdik (bu gün də öyrənmirik), sadəcə doğru zamanda, doğru qərarlarla Dövlət, Xalq və Ordu üzərinə düşən vəzifəni düzgün yerinə yetirdi və tarixi qələbəmiz rəsmiləşdi.

İranda baş verənlərin səbəbləri, doğuracaq nəticələr, Azərbaycanın müxtəlif ssenarilərə hazırlığı, bu məsələyə Türkiyə ilə birgə baxışın formalaşması – bütün bunlar çox vacib məsələlərdir. Əminəm ki, dövlət institutları bu istiqamətdə müəyyən “səssiz” işlər görür, ola bilər ki, Bakı və Ankara ciddi müzakirə aparır, amma, Türkiyədə də, Azərbaycanda da bu məsələ ilə bağlı ictimai müzakirələrin keyfiyyəti çox aşağıdır.

İranda iqtisadi böhrandan doğan, amma, kökündə siyasi problemlər duran bir proses gedir, İran dəyişib, sadəcə, indi bu dəyişikliyin sancılı rəsmiləşdirilməsi prosesi gedir, bu sürəc, bəlkə də, hələ bir neçə ay, il çəkəcək. İranda baş verənlər bir daha sübut edir ki, siyasi və idarəetmə islahatları olmadan iqtisadi problemləri həll etmək mümkün deyil.

İran böyük tarixə, ənənələrə malik coğrafiyadır, əslində, SSRİ-yə çox bənzəyir, hətta inqilab və sonrakı proseslər, demək olar ki, SSRİ ilə birə-bir eynidir. Çar Rusiyası dağılmağa başlayanda İmperiyanı ayaqda tutmaq, torpaqları yenidən bir bayraq altında birləşdirmək üçün ciddi bir ideyaya ehtiyac var idi. Bolşevik inqilabı, kommunizm ideologiyası Çar Rusiyasını başqa ideoloji çatı altında birləşdirmək əməliyyatı idi. Çarı Birinci Katib, kilsəni “raykomlar” əvəz elədi, populist şüarlar və sərt repressiyalar Çar Rusiyasını başqa adla bərpa etməyə imkan verdi. Amma bu süni və insan ruhuna zidd sistem cəmi 70 il sürdü, hətta 2-ci Dünya Müharibəsi olmasaydı, SSRİ daha tez dağılacaqdı, məhz bu müharibədən sonra “sovet xalqı” yarandı (yəni millət yox ümmət), daha 45 il SSRİ-nin ömrü uzandı, amma bundan artığına gücü çatmadı, insanın təməl fəlsəfəsinə zidd sitem yerlə-bir oldu.

1979-cu ildə Şah rejimi yüz yerdən çat verdi, xalq ədalətsizlikdən bezmişdi, İranda ən güclü siyasi qüvvə “solçular” idi, dini çevrələr, sadəcə, yaxşı təşkilatlanmışdılar və şişirdilmiş, əfsanəvi liderləri var idi (elə SSRİ timsalındakı Lenin kimi). Həmin vaxt İranın sərvətlərinə Britaniya nəzarət edirdi, Fransanı yaxın buraxmırdılar, Fransa da öz oyununu oynayıb əfsanəvi lideri daha da gücləndirdi, əslində, 1979-da İranda Britaniya və Fransa qarşıdurması idi, Fransa əfsanəni İrana öz qırıcıları ilə qaytardı (yenə Lenin misalında olduğu kimi – Leninə də Almaniya ciddi dəstək olmuşdu).
1979-da inqilabı “solçular” etdi, amma, daha yaxşı təşkilatlanmış dini çevrələr boş qalmış hakimiyyəti götürə bildilər və ilk böyük repressiyalar da məhz “solçulara”, Tudə Partiyasına qarşı oldu (yenə SSRİ misalı, inqilabda “eserlər” və “menşeviklər” ciddi rol oynadılar, amma təşkilatlanmış və ciddi xarici dəstəyi olan bolşeviklər hakimiyyəti götürdülər, sonra ilk seçkini uduzan kimi repressiyalara başladılar – tarixdə adı “qırmızı terror” kimi qaldı). O zaman islam inqilabından sonra, İranın “dərin dövləti” İran parşalanmasın deyə yeni ideya, yeni insan tipi yaratmağa başladı, millət qavramını ümmət qavramı ilə əvəz etdi. Məhz yeni ideologiya və terror İranı parçalanmaqdan qorudu.

Bu gün baş verən proseslərdə bir ana xətt açıq görünür – İran dəyişib, dəyişimin rəsmiləşməsi isə çox sancılı və ağrılı prosesdir. İranda Şah tərəfdarlarının əsas qayəsi ölkəni parçalanmaqdan qorumaqdır, nə vaxt ki, parçalanmaq məsələsi aradan qalxacaq, İranda proseslər yekunlaşıb sistem dəyişikliyi rəsmiləşəcək – bu tez də ola, amma, illərə də yayıla bilər.

Gördüyüm odur ki, nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir, bu prosesin böyük xaosa yol açacağını düşünür, ona görə də, İranı birləşdirəcək yeni fiqur və ideya axtarışı davam edir – əgər tapmasalar, indiki sistemlə, amma, təkamül yolu ilə, zamana yayılaraq dəyişən sistemlə yola davam etməkdə maraqlı olacaqlar…

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri