Icma.az
close
up
RU
Natiq Cəfərli: “İranda etnik yüksəlişini görəcəyik

Natiq Cəfərli: “İranda etnik yüksəlişini görəcəyik

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadçı ekspert, Real partiyasının sədri Natiq Cəfərli ABŞ və İsrailin İrana birgə hücumu, İranın rəhbər vəzifəli şəxslərinin, generallarının və ali dini lideri Seyid Əli Xameneinin öldürülməsi ilə bağlı fikirlərini bölüşüb. 

Sitat.info həmin şərhi təqdim edir. 

- İrana qarşı əməliyyat beynəlxalq hüquqa uyğundurmu? – Təbii ki, yox, bu əməliyyatın hüquqla əlaqəsi yoxdur.

- İrana qarşı əməliyyat nüvə proqramına görədirmi? – Yox, bu sadəcə addımların legitimləşdirməsi üçün lazımdır, əsas hədəf sistem dəyişikliyidir.

- İrana qarşı əməliyyat nə zamandan başlayıb? – Məncə, 8 il öncə. Qasım Süleymani hadisəsindən sonra düyməyə basılıb. Əvvəl İranın bölgədə zəiflədilməsi əməliyyatı başladı, bütün “proksilər” sıradan çıxarıldı və ya zəiflədildi, Suriyada, Livanda, İraqda, Yəməndə uzantılar kəsiləndən, zəiflədildikdən sonra, artıq İranın daxilində əməliyyatlara start verildi.

-  İrana xaricdən müdaxilə olmasaydı, daxildə sistemin yaşamaq gücü qalmışdımı? – Yox, çünki, əsas problem sistemin özü, idarəetmə yanaşmasıdır, iqtisadi və sosial problemlərdir, insanların, əsasən də, gənc toplumun dəyişiklik istəyidir. Sadəcə, xarici müdaxilə bu prosesi sürətləndirdi. 

- İranda həmən sistem dəyişəcəkmi? – Yox, İran indi SSRİ-nin 1986-cı ilində olduğu dövrə, vəziyyətə qədəm qoyur, addım-addım açılım olacaq. İran dəyişib, sadəcə, bu dəyişikliyin legitimləşməsi zaman alacaq. 

- Dünən baş verən əməliyyatın əsas hədəfi və məqsədi nə idi? – ABŞ İran daxilində elitalarla, çox güman, ciddi, səssiz danışıqlar aparırdı, həmin elitaların birbaşa iştirakı olmadan dünənki əməliyyat mümkün olmazdı. Çox güman, elitanın bir qismi məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib, sadəcə, qlobal anlaşmaya mane olanların aradan götürülməsinin vacib olduğunu bildirib. 

- İran parçalanacaqmı? – Ümid edirəm ki, İranda bütün proseslər qansız-qadasız, vətəndaş müharibəsi olmadan yekunlaşacaq. Cənub qonşumuzda, milyonlarla soydaşımız yaşayan ölkədə xaos olması ən pis ssenaridir. Amma, İran tarixən ya monarxiya, ya da teokratiya ilə idarə olunub. Əslində, Şah devriləndən sonra Ali Dini Liderin funksiyası, səlahiyyəti Şahdan daha çox oldu, sadəcə, ad-forma dəyişdi, mahiyyət yerindəcə qaldı (necə ki, bolşeviklər Çarı aradan qaldırıb, Çardan geniş səlahiyyəti olan Birinci Katib institutu yaratdılar). İranda bütün xalqı birləşdirəcək lider və ideya yoxdur. Deməli, etnik millətçilik önə çıxacaq. Zatən İran “ümmət ideologiyasını” İranı bir yerdə tutmaq üçün yayırdı, millətin inkarı, ümmətin vacibliyi önə çəkilirdi. Necə ki, SSRİ etnik mənsubiyyəti, dini dəyərləri basdıraraq, “sovet adamı” tipi yaratmağa çalışırdı. SSRİ-də alınmadı, İranda da alınmadığı açıq görünür. İranda birləşdirici ideya “dünyəvilik” ola bilər, amma, bunu oturuşması indi real görünmür. İranda etnik millətçiliyin yüksəlişini görəcəyik. 

- İranın dünyaya açılması, dünya iqtisadiyyatına inteqrasiyasının baş verməsi bölgə və İran üçün nə deməkdir? – İran açılacaqsa, çox qısa zamanda cəlbedici ölkəyə, investisiyalar üçün “cənnətə” çevriləcək. Bu Azərbaycan üçün də çox ciddi iqtisadi fürsətlər yaradacaq – bu geniş mövzudur, bu haqda ayrıca yazacam.  

- İranda legitimliyi kim-kimlər təmin edə bilər? – Bu gün İranda seçici səsi ilə legitimliyi olan yeganə lider Məsud Pezeşkiandır. Onun rəhbərliyi ilə yumşaq keçid mümükündür. İranda elitanın böyük bir qismi ölkədə hərbiləşdirilmiş qurumların bu qədər yüksək səlahiyyətə, iqtisadi fürsətlərə malik olmasından narahatdılar, onlar iqtisadiyyatı batırıblar. Sivil siyasətçilər daha böyük səlahiyyət və güc istəyirlər – indi bunun üçün şərait yaranır.

Ola bilər ki, hələ bir müddət İranda sistemin adı dəyişməsin, amma, mahiyyəti dəyişəcək, hətta, yeni sivil liderlər də ritorik olaraq ABŞ və Qərbi bir müddət hədəf alacaqlar, amma, bu anlaşmalı şəkildə baş verəcək.

Nigar,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Mart 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri