İranda “Ceyş əl Ədl” terror qruplaşmasının üzvü edam edilib
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın məhkəmə hakimiyyəti “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas üzvlərindən biri Ömər Dorrəstaranın edam edildiyini açıqlayıb.
Qruplaşma İranda “Ceyş əl-Zülm” adı ilə də tanınır.
İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Ömər Dorrəstaran terror qruplaşmasının əsas fiqurlarından biri olub. O, qruplaşma üzvləri üçün yaşayış yeri təmin etmək, silahlı şəxslərin İran ərazisinə daxil olmasını asanlaşdırmaq, onları və əməliyyat qruplarını daşımaq, terror hücumlarının həyata keçirilməsi üçün uyğun mövqelər müəyyənləşdirmək, silah-sursat təmin etmək və hərbi bazaların yerini müəyyənləşdirmək kimi fəaliyyətlərdə iştirak edib.
Məlumata əsasən, o, Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə qarşı törədilən terror hücumunun dəstəklənməsində də rol oynayıb. Həmin hücum nəticəsində 11 polis əməkdaşı həlak olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 12 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















