Ceyş əl Ədl terror qruplaşmasının üzvü edam edilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sistan və Bəlucistan əyalətində polis bölməsinə silahlı hücumda iştirak edən şəxsin barəsində çıxarılmış edam hökmü icra olunub
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Məhkəmə-Hüquq Sistemi Ceyş əl-Ədl terror qruplaşmasının üzvü olan və polis bölməsinə silahlı hücumda iştirak etməkdə ittiham edilən şəxsin edam hökmünün icra olunduğunu açıqlayıb.
Edam edilən şəxs İranda “Ceyş əl-Zolm” adı ilə tanınan Ceyş əl-Ədl terror qruplaşmasının üzvü olub. O, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Xəş şəhərində polis bölməsinə silahlı hücum etməkdə ittiham olunub. Hücum nəticəsində həmin polis bölməsinin əməkdaşları həlak olub və yaralanıblar.
Təqsirləndirilən şəxsin barəsindəki edam hökmü onun tutulması, istintaqın tamamlanması, məhkəmə araşdırmalarının aparılması və qanuni prosedurların başa çatmasından sonra bu gün icra edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 Noyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















