Icma.az
close
up
RU
İranda çılpaq etiraz Xəbər saytı Son xəbərlər və Hadisələr

İranda çılpaq etiraz Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən şənbə günü Tehranda baş vermiş qeyri-adi və qalmaqallı təkbaşına etiraz aksiyası hələ də ölkə gündəmində qalmaqda və müxtəlif reaksiyalar doğurmaqdadır.

Bununla bağlı "Azad İran" "YouTube" kanalı süjet hazırlayıb.

Həmin gün İranda geniş filiallar şəbəkəsinə malik Azad İslam Universitetinin Elm və Tədqiqat bölməsinin tələbəsi olan bir qızın yarıçılpaq şəkildə təhsil müəssisəsinin qarşısında gəzişdiyini əks etdirən təqribən bir dəqiqəlik videogörüntü sürətlə sosial şəbəkələrdə yayılıb. Videonun sonunda həmin qızın mülki geyimli şəxslər tərəfindən zorla avtomobilə oturdularaq aparıldığı da əksini tapıb.

Yayılan məlumatlara görə, tələbə qız məcburi hicab qaydalarına riayət etmədiyi, dəqiq desək, baş örtüyü olmadığı üçün universitetin mühafizə xidməti və tələbələrin "Bəsic" təşkilatının üzvləri tərəfindən təzyiqlərə məruz qalıb.

Onlar müvafiq araşdırma aparmaq üçün qızı zorla xüsusi otağa aparmaq istəyiblər, lakin o, müqavimət göstərdiyindən üst geyimi cırılıb. Belə olduqda qız şalvarını da çıxararaq mühafizə və "Bəsic" əməkdaşlarına doğru atıb və universitetin qarşısına çıxaraq məcburi hicaba özünəməxsus şəkildə etirazını ifadə edib. Az sonra "Bəsic" üzvləri onu saxlayaraq polisə təhvil veriblər.

Məsələnin geniş əks-səda doğurduğunu görən universitet rəhbərliyi qızın hərəkətini onun guya psixi pozuntusu olması ilə izah edib. İddia olunub ki, həmin qız auditoriyaya girərək tələbələri və müəllimi videoya çəkmək istəyib, amma etirazla qarşılaşdığı üçün paltarını çıxararaq, universitetin önündə var-gəl etməyə başlayıb.

İran Tələbə Jurnalistlər Birliyinin icraçı direktoru və sözügedən universitetin mətbuat katibi Seyid Əmir Məhcub bu məlumatı özünün "X" hesabında yayaraq tələbə qızın hicabla bağlı heç bir zorakılığa məruz qalmadığını bildirib. Lakin bu məlumata inanan olmayıb, hətta izləyicilərdən biri belə yazıb:

"Hə, deməli, mühafizə onu incidib, çünki sizin təkzibiniz təsdiq hesab olunur".

Başqa bir istifadəçi isə tələbə qızın məhz hicabla bağlı xəbərdarlıqdan sonra bu addımı atması barədə "Fars" informasiya agentliyinin hadisədən az sonra yaydığı məlumatı paylaşaraq, onun yalan danışdığını vurğulayıb. Lakin axşama doğru həmin agentlik bu xəbərə düzəliş edib və universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatı paylaşaraq yazıb:

"Əxlaqa zidd hərəkət etmiş tələbə universitetin mühafizə xidməti tərəfindən polis idarəsinə təhvil verilib. Universitetdən bildirilib ki, o, güclü stress vəziyyətində olub və psixi pozuntusu varmış, özü də ərindən ayrılıb və iki uşaq anasıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri