İranda çoxarvadlı kişilərin sayı açıqlanıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"İranda rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayı 300 min nəfərə çatıb".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın idman və gənclər nazirinin müavini Əlirza Rəhimi deyib.
Onun sözlərinə görə, çoxarvadlılıq daha çox Kerman, Sistan və Bəluçistan, Gülüstan, Kürdüstan və Cənubi Xorasan əyalətlərində qeydə alınıb.
Nazir müavini vurğulayıb ki, böyük şəhərlərdə və modern bölgələrdə bu hala az rast gəlinir, çünki həmin yerlərdə çoxarvadlılıq cəmiyyət tərəfindən yaxşı qarşılanmır.
İran rəsmisi sosial şəbəkədə çoxarvadlılığın təbliğ olunması ilə bağlı narahatlığını da dilə gətirib və deyib ki, bəziləri izləyici sayını artırmaq və maddi qazanc əldə etmək məqsədilə bu həyat tərzini virtual məkanda təbliğ edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 06 Mart 2025 05:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















