Icma.az
close
up
RU
Çoxarvadlı Akon neçə xanımı olduğunu yenə gizlətdi

Çoxarvadlı Akon neçə xanımı olduğunu yenə gizlətdi

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur müğənni Eynkon (Akon) şəxsi həyatını ictimaiyyətdən gizli saxlamağa üstünlük versə də, bu günlərdə istisna addım atıb.
Bizim.Media xəbər verir ki, "Ghetto" hiti ilə dünyada şöhrət qazanan 52 yaşlı sənətçi ailəsindəki sərt iyerarxiyanın (tabeçilik sisteminin) pərdəarxası məqamlarını bölüşüb.
Əslən seneqallı olan amerikalı musiqiçi qatı müsəlmandır. İslam dini kişiyə eyni vaxtda dörd qadınla evlənməyə icazə verir və Akon hər zaman çoxarvadlılıq (poliqamiya) hüququnu coşğu ilə müdafiə edib. İllərdir onun ailə vəziyyəti ətrafında müxtəlif şayiələr gəzir: bəzi mənbələr onun iki, digərləri isə dörd xanımı olduğunu iddia edir. Sənətçi dəqiq sayı gizlətsə də, evində hökm sürən qaydalardan ağızdolusu danışıb.
“1 nömrəli arvad” kultu: Kraliça rəqabətdən kənardır
"We Need to Talk" adlı podkastın efirində qonaq olan Akon şəxsi həyatı ətrafındakı sirri daha da böyüdüb.
Lakin o, ilk xanımının statusunu xüsusi qeyd edərək, onun toxunulmaz mövqedə olduğunu bildirib:
“Məhz onun sayəsində mənim ikinci və üçüncü yoldaşlarım peyda oldu. O, kraliçadır və vəssalam! Qalan hamı bunu anlamağa borcludur”.
Müğənninin evindəki qaydalar kifayət qədər sərtdir. Akon açıq şəkildə bildirib ki, ailənin daxili nizamı tabeçilik üzərində qurulub:
“Heç kimin “Bir nömrəli xanımı” sıxışdırmağa ixtiyarı yoxdur. Ona qarşı edilən ən xırda hörmətsizlik belə, müqəssirin heç bir artıq söz-söhbət olmadan anındaca qapı arxasında qalması ilə nəticələnəcək. Əgər kimsə bunu başa düşmürsə, deməli, onun bu evdə yeri yoxdur. Ailə daxilində xanımlarımı bir-birindən ayıran xüsusi səviyyələr var”.
Maraqlıdır ki, son bir il ərzində Akonun ailə tərkibində dəyişikliklər baş verib. Ötən ilin sentyabrında onun birinci xanımı hesab edilən Tomeka Tiam (müğənninin 18 yaşlı qızı Corninin anası) "barışmaz ziddiyyətləri" əsas gətirərək, təxminən 29 illik nikahdan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Buna baxmayaraq, sənətçi yeni müsahibəsində də "1 nömrəli arvadı" haqqında böyük ehtiramla danışmağa davam edir.
"Qadınların ağrı həddi daha yüksəkdir"
Akon etiraf edir ki, çoxarvadlılıq sistemində ən böyük yük mənəvi adaptasiya baxımından məhz birinci xanımın üzərinə düşür:
“Nəticə etibarilə ən böyük fədakarlığı rəsmi olaraq o edir. Ailəyə yeni insanlar gələndə özləri ilə bərabər yeni xasiyyət, fərqli düşüncə tərzi və vərdişlər gətirirlər. Birinci xanım isə sırf sən bir kişi olaraq öz missiyanı yerinə yetirə biləsən deyə, bütün bunlara dözməli olur”.
Bununla yanaşı, musiqiçi əmindir ki, qadınlar kişilərə nisbətən daha yüksək "ağrı həddinə və emosional dözümlülüyə" malikdirlər. Akonun fikrincə, kişilər emosiyalarını idarə edə bilmirlər, buna görə də tez-tez aqressiyaya meyllənir və təhlükəli olurlar.
Bir ər kimi öz vəzifəsini isə o, seçdiyi qadınların yaşayacağı hər hansı bir emosional stresi ortadan qaldırmaqda görür. O çalışır ki, xanımlarının heç biri özünü diqqətdən kənarda qalmış, hörmətsizliyə məruz qalmış və ya dəyərsizləşdirilmiş hiss etməsin.
Aparıcılar hazırda onun neçə arvadı olduğunu öyrənməyə çalışsalar da, Akon birbaşa cavabdan yayınıb: “Bunu sizin təxəyyülünüzə buraxıram”. Sənətçi daha əvvəl rəsmən 9 övladının olduğunu bəyan etsə də, onların neçə fərqli qadından doğulduğunu və həmin qadınların hamısı ilə nikahda olub-olmadığını heç vaxt dəqiqləşdirməyib.
Çoxarvadlılıq qadınlar üçün tərəfdaşlıqdır?
Repçi əmindir ki, onun seçdiyi nikah forması kişilərdən daha çox qadınların xeyrinədir.
Kişi üçün bu, nəhəng bir yükdür: “Kişi onların hamısını dolandırmağa borcludur. O, hamıya qarşı tamamilə bərabər davranmalıdır və bütün məsuliyyət yalnız onun çiyinlərindədir”.
Qadınlar üçün bu, bir tərəfdaşlıqdır: Akonun sözlərinə görə, onun xanımları evdə bir-birlərinə rəfiqə və köməkçi rolunu oynayırlar. Onlar məişət işlərində — istər yemək bişirməkdə, istər təmizlikdə, istərsə də uşaqlara baxmaqda bir-birlərini əvəz edə bilirlər.
Repçinin fikrincə, çoxarvadlılıqda sülhün formulu sadədir — sərt qaydalar və açıq dialoq:
“Bütün problemlərin həlli kommunikasiyadır (ünsiyyətdir). Belə bir münasibətə addım atırsansa, danışmağı bacaracaq qədər yetkin olmalısan. Mənim metodum ilkin olaraq nəyi bəyənib-bəyənmədiyimi dəqiq müəyyən etməkdir. Bu qaydaları qoyduqdan sonra isə sadəcə onlara əməl edin. Hər şey reallıqda bu qədər sadədir”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri