İranda daha bir azyaşlı türk adına görə şəhadətnaməsiz qalıb FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Güney Azərbaycanda türk adına görə doğum haqqında şəhadətnaməsiz qalan Dolunayın ailəsi buna etiraz edib.
Bizim.Media xəbər verir ki, azyaşlının atası Səid Sadeqifər bu barədə “Balamın adı” kampaniyasına müsahibə verib.
“Qızım Dolunay 2023-cü il noyabrın 28-də dünyaya gəlib. Həyat yoldaşımla qızımız dünyaya gəlməzdən öncə bu adı seçmişik. Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi isə övladımıza qoyduğumuz ada qarşı çıxıb. Dolunay türk adıdır və mənası tam ay deməkdir”, deyə o, qeyd edib.
Səid Sadeqifər bildirib ki, Vətəndaşlıq Qeydiyyatı İdarəsi uzun müddətdən sonra körpəyə şəhadətnamə verib, ancaq idarə rəsmiləri daha öncədən onlara ərəb və fars adı seçmələri üçün təzyiq göstərib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















