İranda daha bir edam
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mossad"a casusluqda təqsirləndirilən Ehsan Əfrəşte edam edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, İranın məhkəmə sistemi Ehsan Əfrəştenin İsrailin xeyrinə casusluq və kəşfiyyat əməkdaşlığı ittihamı ilə saxlanıldığını və mühakimə olunduğunu bildirib.
Məlumata əsasən, cinayət-prosessual mərhələlər başa çatdıqdan və hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o bu gün səhər saatlarında edam edilib.
İran məhkəmə sisteminin yaydığı məlumata görə, Əfrəşte istintaq zamanı "Mossad"la əlaqə qurduğunu etiraf edib.
Qeyd olunub ki, o, topladığı məlumatları "Mossad"a ötürüb. Hədəf məkanların sənədləşdirilməsi, video çəkiliş imkanlarının yoxlanılması, İranın Kəşfiyyat Nazirliyi ətrafının müşahidəsi, toplantılarda iştirak, müxtəlif şəxslərin şəkillərinin çəkilməsi və onların şəxsi xarakteristikası ilə bağlı məlumatların hazırlanması onun fəaliyyətləri sırasında olub.
Məlumata görə, Əfrəşte bir müddət "Mossad" zabitləri ilə Nepalın Pokhara şəhərində də olub və orada əlavə əyani təlimlər keçib, yeni tapşırıqlar alıb.
Baxış sayı:89
Bu xəbər 13 May 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















