Icma.az
close
up
RU
İranda edam REKORDU Sivil qanunlar yox, dar ağacı danışır

İranda edam REKORDU Sivil qanunlar yox, dar ağacı danışır

Icma.az bildirir, Bizim media portalına istinadən.

Dünyanın hər yerində qaldırıcı kranlar tikinti sahəsində istifadə olunur – İrandan başqa... Bu ölkədə həmin “gavur icadı” təyinatı üzrə çalışmır, o dar ağacı rolunu oynayır. Edamın icrası saz saat kimi çalışır, amma təbii oduncaqdan hazırlanmış quruca ağaca da qıymırlar ki, məhbus onun önündə şairsayağı “Salam, dar ağacı” deyərək işıqlı dünyayla vidalaşsın.  
Beynəlxalq təşkilatlarr həyəcan təbili çalır
İranda edamların sayında görünməmiş arrtımlar olub. Son 10 ilin rekord göstəricisi kimi bir ayda 200-dək edam olunub, bunlardan 21-i qadındır. Hətta onlardan 3 nəfərin hökmü ictimaiyyətin gözü qarşısında icra olunub. Uşaqların da edam prosesini seyr etməsi xüsusi narahatlıq doğurub.
 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı 2024-cü ildə İran hakimiyyətinin 900-dən çox adamı edam etdiyini açıqlamışdı. Belə getsə bu il rekord qırılacaq. Öz camaatına qənim kəsilmiş İran hakimiyyəti müxtəlif ittihamlarla neçə-neçə gəncin dünyasını qaraldıb. İranda edamlar adətən qətl, narkotik alveri, təcavüz kimi ittihamlarla əsaslandırılır. Lakin insan haqları qrupları bu hökmlərin bir çoxunun ədalətsiz məhkəmə prosesində və beynəlxalq standartlara riayət olunmadan çıxarıldığını iddia edirlər.


Amnesty İnternational da daxil olmaqla insan haqları qrupları dəfələrlə İran hökumətini edam hökmündən geniş istifadə etdiyinə görə tənqid ediblər. Onlar bildirirlər ki, bir çox məhkumlar işgəncə və ya təzyiq altında cinayətləri etiraf etməyə məcbur ediliblər.
Səsini çıxaran edamla qorxudulur
Maraqlıdır ki, İranda edamların artması son illərdə bu ölkədə baş vermiş geniş etirazların və iğtişaşların yatırılması ilə üst-üstə düşür. Müşahidəçilər hesab edir ki, İran hökuməti edam hökmündən qorxu və sosial nəzarət yaratmaq üçün bir vasitə kimi istifadə edir. Amma vətəndaşların etirazına qarşılıq olaraq edam qərarlarının verilməsi vəziyyəti daha da gərginləşdirir. Belə çoxsaylı edamlar ictimai nifrət və qəzəbi artırır. Ən güclü silah da xalq qəzəbidir. O, güclü sel kimidir, qarşısına çıxan bənd-bərəyə baxmır.
Xatırladaq ki, İranda edamların pik həddi 1980-ci illərdə yaşanmışdı. Qəribəsi də odur ki, o illərdə kütləvi edamlarına görə, “Qəssab” adını qazanmış icraçı İbrahim Rəisi sonradan İran dövlətinin başına gətirilir və bundan sonra tarix təkərrür edir. Yəni məhz onun hakimiyyəti dövründə (2021-2024) edamların sayı kəskin artmağa başlayır. 2024-cü il məlum helikopter qəzasında Rəisinin vəfatı isə bu edam makinəsinin sürətini ala bilmədi. Əksinə, xüsusilə İran-İsrail müharibəsindən və ölkədəki elektrik, su qıtllğı problemindən sonra etiraz aksiyalarının keçirilməsi bu kəmiyyəti daha da artırıb.
Keçmişin izini isə “torpaqlama” üsulu ilə ört-basdır etmək istəyirlər.
Beynəlxalq Əfv Təşkilatı xəbər verir ki, Tehran bələdiyyəsi Beheşt Zəhra qəbiristanlığında 1980-ci illərdə edam edilmiş siyasi məhbusların məzarlarını avtobus dayanacağına çevirərək bu cinayətlərin sübutlarını məhv edir. Görəsən, hazırki edamların üstünü yaxın tarixdə nəylə örtəcəklər?
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri