İranda “Görünməz düşmən” qorxusu: Nə baş verir? KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
İranda təhlükəsizlik strukturları arasında artan gərginlik ölkədə sabitlik üçün ciddi risklər yaradır. Uzun illərdir rejimin əsas dayağı hesab olunan güc orqanlarının “dəmir birliyi” artıq sarsılmağa başlayıb. Xüsusilə, polis qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkənin hava məkanını qorumaqda və daxili təhlükəsizliyi təmin etməkdə acizlikdə açıq şəkildə ittiham etməsi bu parçalanmanın açıq göstəricisi kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, məlumata görə, pilotsuz uçuş aparatlarının (PUA) hücumları şəxsi heyət arasında ciddi psixoloji təsir yaradıb.
“Görünməz düşmən” qorxusu, eləcə də hava hücumundan müdafiə sistemlərinin zəifliyi polis əməkdaşları arasında xidmətin təhlükəliliyi barədə narahatlıqları artırır. Bu vəziyyət onların motivasiyasına mənfi təsir göstərir.
Ekspertlər bildirirlər ki, İran rəhbərliyi bir tərəfdən yüksək rütbəli komandirlərin mümkün itkilərinə qarşı alternativ kadrlar hazırlamağa çalışır, digər tərəfdən isə hüquq-mühafizə orqanlarında artan narazılıqla üz-üzə qalıb.
Əgər polis qüvvələri özlərini vahid müdafiə sisteminin bir hissəsi kimi hiss etməsə, ölkə daxilində asayişin qorunması zəifləyə bilər.
Mütəxəssislərin fikrincə, bu cür daxili ziddiyyətlər davam edərsə, İranın təhlükəsizlik sistemi gözləniləndən daha tez zəifləyə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:171
Bu xəbər 23 Mart 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















