Icma.az
close
up
RU
İranda hərbi eskalasiya Rusiya Ukrayna müharibəsinə necə təsir edəcək?

İranda hərbi eskalasiya Rusiya Ukrayna müharibəsinə necə təsir edəcək?

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kiyev, 2 mart, AZƏRTAC

İsrail-Amerika-İran müharibəsinin başlanması Ukrayna üçün çox böyük əhəmiyyət kəsb edir, sadəcə ona görə ki, bu, birjada neft qiymətlərinin çox mümkün bir şəkildə artmasına səbəb olacaq. Müvafiq olaraq, bu, neftdən pul qazanan Rusiya üçün daha çox mənfəətə və müvafiq olaraq xərclərin azalmasına, beynəlxalq neft məhsulları bazarından neft alan Ukrayna üçün daha çox xərcə səbəb olacaq. Amma bu, sırf iqtisadi aspektdir.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert İvan Us söyləyib.

Siyasi aspektə gəldikdə isə İvan Us bildirib ki, prosesin dinamikasını izləmək lazımdır.

“Bu, qısamüddətli münaqişə olacaqsa, özünə çox diqqət tələb etməyəcək və ən əsası, Amerikanın Ukraynaya sata biləcək silahlardan istifadə etməsinə gətirib çıxarmayacaq. Yəni, indi, regiondakı qarşıdurma yeni başlayanda, onun nə qədər davam edəcəyini demək hələ çətindir. İctimaiyyətə açıq olan məlumatlarda müharibənin 3-4 gün davam edəcəyi bildirilir. Əgər 3-4 gün davam edərsə, Ukrayna yəqin ki, razı qalacaq, çünki bu, diqqəti azaltmayacaq və ən əsası, hərbi resursları başqa yerə yönəltməyəcək. Münaqişə uzun çəkərsə, bunun Ukrayna üçün fəsadları daha pis ola bilər. Ancaq paralel olaraq bundan Rusiya da əziyyət çəkəcək”, - deyə İvan Us bildirib.

Ukraynalı ekspert hesab edir ki, İran Ukraynada əsasən Rusiyanın müttəfiqi kimi qəbul edilir. Buna görə də, Rusiyanın İrana dəstəyi ilə bağlı hərəkətləri yaxından izlənilməlidir.

İvan Us deyib: “Ayrı-ayrı rus siyasətçilərin İranı dəstəkləyən açıqlamaları dünyada İran, Rusiya və Şimali Koreyadan ibarət yeni bir qüvvə nəzəriyyəsinin təsdiqi kimi qəbul edilə bilər. Müvafiq olaraq, əgər ABŞ bu qüvvələrdən biri ilə mübarizə apararsa, qalan ikisinə də qarşı çıxmalı olacaq ki, bu da şübhəsiz ki, Ukraynaya sərf edəcək”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri