Icma.az
close
up
RU
Zelenskinin Vaşinqtona səfəri Rusiya Ukrayna müharibəsinə necə təsir edəcək?

Zelenskinin Vaşinqtona səfəri Rusiya Ukrayna müharibəsinə necə təsir edəcək?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək.  Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. 
"Səfər çərçivəsində Ukraynanın faydalı qazıntıları üzrə razılaşma imzalanacaq. Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Biz çox böyük saziş imzalamağa hazırlaşırıq" - Tramp qeyd edib.
Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ Ukraynanın çətin və ağır vəziyyətindən istifadə edir:
“Bu, yaralı bir heyvanın üzərinə hücum etmək kimi bir vəziyyətdir. Hazırda Ukrayna “piroqu” parçalanır və Avropa İttifaqı, Rusiya və ABŞ çalışırlar ki, bu bölüşdürmədə mümkün qədər çox pay əldə etsinlər. ABŞ müxtəlif yollarla Ukraynaya təzyiq göstərir və onun təbii sərvətlərini mənimsəməyə çalışır. Bunun üçün əsas arqument kimi göstərilir ki, vaxtilə Bayden administrasiyasının Ukraynaya ayırdığı maliyyə yardımı düzgün istifadə olunmayıb və heç bir ciddi nəticə əldə edilməyib. ABŞ deyir ki, “Mənim pulumu qaytar. Əgər qaytara bilmirsən, o zaman təbii sərvətlərini ver. Təbii sərvətlərini verməyin müqabilində mən də səni müdafiə edim”. ABŞ-nin yanaşması budur. Bu ritorika müəyyən dərəcədə digər ölkələrə qarşı tətbiq edilən yanaşmalara da bənzəyir. Məsələn, Qrenlandiya ilə bağlı müzakirələrdə, Kanada, Panama və hətta Qəzza ilə bağlı iddialarda oxşar ritorikadan istifadə olunub. Bu sazişin Vaşinqtonda imzalanması gözlənilir, çünki Zelenskinin başqa yolu qalmayıb. Ancaq bu sazişin imzalanması Ukrayna daxilində ciddi reaksiyalara səbəb ola bilər və Zelenski hakimiyyəti üçün təhlükəni daha da artırar. Onsuz da onun hakimiyyəti hazırda ciddi təhdidlə üz-üzədir. Zelenski ümid edir ki, bu sazişin müqabilində ABŞ onu müəyyən mənada müdafiə edəcək və Rusiya ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmayacaq. Lakin bütün hallarda düşünürəm ki, Ukraynanın işi bundan sonra daha da çətin olacaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri