İranda hərbi rəhbərlik qalmadı: İsrailin hədəf aldığı generalların ölüm siyahısı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrandan gələn son məlumatlara görə, İsrailin həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində ölkənin hərbi elitası ağır itkilər verib.
Moderator.az xəbər verir ki, həlak olan yüksək rütbəli komandanların siyahısı artıq məlumdur.
Beynəlxalq agentliklər və yerli mənbələr tərəfindən təsdiqlənən siyahıda İran silahlı qüvvələrinin aşağıdakı rəhbər şəxsləri yer alır:
General-mayor Seyid Əbdürrəhim Musavi – Baş Qərargah rəisi;
General-leytenant Məhəmməd Pakpur – İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının baş komandanı;
Admiral Əli Şamxani – Ali rəhbərin baş hərbi müşaviri və Müdafiə Şurasının katibi;
General-mayor Əziz Nəsirzadə – İranın Müdafiə naziri.
Bu, müasir İran tarixində hərbi komandanlığa endirilən ən sarsıdıcı zərbə hesab olunur. Bir neçə saat ərzində ölkənin həm ordu, həm də SEPAH rəhbərliyinin əsas simalarının itirilməsi idarəetmə sistemində ciddi boşluq yaradıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Mart 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















