Icma.az
close
up
RU
İsrailin İranda inanılmaz hərbi əməliyyatı Pərdəarxası

İsrailin İranda inanılmaz hərbi əməliyyatı Pərdəarxası

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə və strateji hərbi hədəflərinə zərbələr endirib. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində İranın yüksək vəzifəli generallarını və nüvə alimlərini öldürdüklərini bəyan edib.

Dövlət televiziyasının məlumatına görə, hava zərbələri nəticəsində İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Bagiri, SEPAH komandanı Hüseyn Salami, “Xatəmül-Ənbiya” Mərkəzinin rəhbəri general-mayor Qulam Əli Rəşidi, İran Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi, nüvə proqramının əsas simalarından biri – Məhəmməd Mehdi Tehrançının, habelə bəzi yüksək vəzifəli şəxslərin ailə üzvləri və mühafizə heyətləri həyatını itirib. İranda ümummilli fövqəladə vəziyyət elan olunub.

İsrailin İranın nüvə obyektlərinə və hərbi infrastrukturlarına zərbə endirməsi gözlənilirdi. Təl-Əvivin yaydığı rəsmi məlumata görə, əməliyyatda 200-dən çox qırıcı təyyarə iştirak edib və 100-dən artıq strateji hədəf məhv edilib. Göründüyü kimi, zərbələr texniki baxımdan yüksək dəqiqliklə həyata keçirilib.

İsrail tərəfi hücumlardan sonra İranın cavab zərbəsi ehtimalını nəzərə alaraq hava məkanını bağlayıb və bütün hökumət kabineti bunker rejiminə keçib.

Əslində prosesləri tam anlamaq üçün İran–ABŞ danışıqlarına baxmaq lazımdır. Belə ki, nüvə danışıqları son zamanlar dalana dirənmişdi. Xüsusilə rəsmi Tehran danışıqlarda Vaşinqtonun təkliflərini qəbul etmir, inadkar mövqe sərgiləyirdi. ABŞ Prezidenti Donald Tramp hücumdan öncə “belə bir əməliyyatın mümkün olduğunu” demişdi. Lakin sonradan “birbaşa iştirakımız yoxdur” açıqlaması ilə məsuliyyətdən yayına çalışmışdı. Bu isə göstərir ki, ABŞ əməliyyatdan xəbərdar olub və müəyyən çərçivədə razılıq verib.

ABŞ-ın məqsədi hərbi eskalasiyadan çox, İranı diplomatik danışıqlara və razılaşmalara məcbur etməkdir. Nüvə məsələsində ABŞ və İsrailin məqsədi ortaqdır: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq. Amma yollar fərqlidir: İsrail gücə, ABŞ isə təzyiqlə danışıqlara üstünlük verir. Yəni bu hücum danışıqlar masasında İranın mövqeyini zəiflətmək üçün atılmış “ölçülü, icazəli zərbə” kimi yozula bilər.

Həmçinin oxuyun:

Ölən iranlı komandirlərin sayı bəlli oldu

İsrail yüksək texnologiya və kəşfiyyat üstünlüyünə malikdir. Lakin İran daxilindən məlumat sızması və ya qəsdən zəiflədilmiş müdafiə versiyaları da aktualdır. İran daxilində SEPAH-la digər siyasi və hərbi dairələr arasında gərginlik son illərdə dərinləşmişdi. Bu baxımdan, İsrailin belə dəqiq və sərrast zərbələr həyata keçirməsi üçün İranın içindən dəstək alması real görünür.

Əsas sual budur: Tehran bu mesajı necə oxuyacaq: güzəştə gedəcək, ya qarşılıqlı təzyiq müharibəsinə girəcək?

İran rəhbərliyi hücuma sərt bəyanatlarla cavab verib və “qisasın alınacağı”nı elan edib. Bundan başqa, İran nüvə danışıqlarından da çıxdığını açıqlayıb. Lakin cavabın miqyası hələlik məhduddur və bunun səbəbi aydındır: İran genişmiqyaslı müharibəyə girə biləcək siyasi, iqtisadi və hərbi gücdə deyil.

Həm də;

İranda sosial narazılıq yüksəkdir. Gənc əhali rejimə qarşı etibarsızdır. İqtisadiyyat sanksiyalar və inflyasiya ilə sarsılıb.

Belə bir müharibə rejimin özü üçün riskli ola bilər, çünki daxili narazılıqları daha da dərinləşdirib, sistemin çöküşünü sürətləndirə bilər. Ona görə də İranın cavabı, ehtimal ki, asimmetrik olacaq. Bununla belə, İsrail prosesdən maksimum istifadə edib, İrana qarşı hərbi müdaxiləni reallaşdırmaq istəyəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri