İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub.
Moderator.az bildirir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.
Bildirilib ki, təqsirləndirilən şəxslər Tehranda qumbaraatandan istifadə etməklə silahlı hücum da daxil olmaqla, terror aktlarının təşkilində təqsirli biliniblər. İstintaq və məhkəmə prosesləri başa çatdıqdan sonra hər ikisi edam cəzasına məhkum edilib. İran Ali Məhkəməsi hökmü təsdiqləyib və təqsirləndirilən şəxslər martın 30-da səhər edam ediliblər.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 30 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















