İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub.
“Cebheinfo.az” Tasnim" agentliyinə istinadən xəbər verir ki, Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu.
Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, daha sonra isə öz avtomobilini yandırıb. Sonradan həbs edilən Ş. Sadiqi barəsində ölüm hökmü çıxarılıb və hökm bu gün icra edilib.
İyulun 28-də də iğtişaşlarda iştirakda ittiham olunan iki nəfər də edam edilmişdi.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















