İranda kütləvi səfərbərlik 1 milyondan çox müraciət var
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranda ABŞ-ın mümkün quru müdaxiləsi ehtimalına qarşı 1 milyondan çox insanın səfərbər olunduğu bildirilir.
Bakupost.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin iddiasına görə, ölkədə ABŞ-la mümkün quru toqquşmasına hazırlıq çərçivəsində genişmiqyaslı təşkilatlanma aparılıb. İran daxilində hərbi strukturlara qoşulmaq istəyənlərin sayı da artmaqdadır.
Gənclərin kütləvi şəkildə “Bəsic” qruplaşmasına və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ordu sıralarına qoşulmaq istədiyi iddia edilir.
“Tasnim”ə danışan hərbi mənbə ABŞ-ın Hörmüz Boğazı ilə bağlı planlarına toxunaraq bildirib ki, İran həm boğazın açılması cəhdlərinə, həm də onun bağlı qalması ssenarisinə hazırdır.
Eyni zamanda, ABŞ mediasında da İran ətrafında hərbi ssenarilərin müzakirə edildiyi bildirilir.
“The Wall Street Journal” yazır ki, ABŞ-da siyasi dairələrdə İrana qarşı mümkün quru əməliyyatı variantları nəzərdən keçirilir.
“Axios” isə Pentaqonun İrana son və sarsıdıcı zərbə planları hazırladığını, bu ssenarilərin quru qoşunlarının istifadəsini və genişmiqyaslı bombardman kampaniyasını da əhatə edə biləcəyini qeyd edir.
Məlumata görə, ABŞ prezidenti Donald Trampa təqdim olunan variantlar arasında Xark adasına mümkün müdaxilə, Əbu Musa və Larak adası üzərində nəzarətin ələ keçirilməsi kimi ssenarilər də yer alır.
Cavid, BakuPost
Baxış sayı:70
Bu xəbər 27 Mart 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















