“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 oktyabr, AZƏRTAC
Oyunun çətin keçəcəyini gözləyirdik. Rəqib sona qədər mübarizə apardı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Səbail”i penaltilər seriyasında məğlub edərək növbvəti mərhələyə vəsiqə qazanan “Zirə”nin futbolçusu Hacıağa Hacılı deyib.
Onun sözlərinə görə, komanda ilk hissədə matçın taleyini həll edə bilərmiş: “Sadəcə, yaratdığımız şanslardan düzgün yararlanmadıq. Oyun bizim üçün çox yorucu oldu. İndi tam bərpa olunmalı və “Araz Naxçıvan”la matça köklənməliyik. Əvvəlki görüşlərdə itirdiyimiz xalları bərpa etmək çox vacibdir”.
Futbolçu bildirib ki, hər komanda üçün bu vəziyyət fərqli olur: “Bəziləri oyunlara düzgün köklənə bilmir, bəzən isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar son oyunlarıymış kimi mübarizə aparırlar. Bizim vəziyyətimiz bir qədər fərqlidir. Son zamanlar yaratdığımız qol epizodlarından istifadə edə bilmirik və sonda əldə etdiyimiz nəticə bizi qane etmir”.
Müxbir – Cavid Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 29 Oktyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















