Icma.az
close
up
RU
İranda masada razılaşma demək olar ki, mümkün deyil TƏHLİL

İranda masada razılaşma demək olar ki, mümkün deyil TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hörmüz boğazında gərginlik artacaq, quru əməliyyatı ehtimalı yüksəlir

"Tramp İranda “rejimin dəyişdiyi”ni, diplomatik danışıqların aparıldığını və qarşı tərəfin razılığa gəlməyə hazır olduğunu bəyan edib. İranda hərbi-siyasi rəhbərlik böyük ölçüdə aradan götürülsə də, bunu ABŞ prezidentinin dediyi “rejim dəyişikliyi” adlandırmaq çətindir, çünki ölkəyə faktiki olaraq, SEPAH rəhbərlik edir və müharibənin də, danışıqların da gedişinə bu qruplaşma qərar verəcək".

Sherg.az xəbər verir ki, bunu siyasişərhçi Asif Nərimanlı deyib. Ekspert hesab edir ki, bu baxımdan, Trampın “rejim dəyişikliyi” açıqlaması reallıqdan daha çox “hədəflərə nail olduqlarını” göstərmək və İrana faktiki nəzarət edənlərə “tələbləri qəbul edəcəkləri təqdirdə, legitimlik tanınacaq” mesajını ünvanlamaq xarakteri daşıyır: 

- Enerji bazarını sabitləşdirmək;

- Daxildə müharibə əleyhdarlarını sakitləşdirmək;

- Mümkün quru əməliyyatlarına hazırlaşmaq;

Trampın “diplomatiya” ritorikasının bu istiqamətlərdə manevr imkanlarını genişləndirməyə hesablandığı da aydın görünür.

“Axios” nəşri yazır ki, Vaşinqton regionda vasitəçi ölkələrlə martın 26-da danışıqlar aparmağı müzakirə edib, lakin Tehrandan cavab gözlənilir. Bu detal da göstərir ki, Trampın “danışıqlar və mümkün razılaşmalar” haqda dedikləri müharibəyə görə yaranmış iqtisadi və təhlükəsizlik problemlərini nəzarətdə saxlamaq məqsədi daşıyır". 

Politoloq qeyd edir ki, ABŞ-ın 82-ci hava-desant diviziyasını Yaxın Şərqə yerləşdirməyə, bölgəyə əlavə “minlərlə əsgər” göndərməyə hazırlaşdığı haqda məlumatlar yayılır. Bunun mümkün quru əməliyyatına – Xarq adasını və Hörmüz boğazını nəzarətə götürməyə hazırlıq olduğu aydındır:

"Danışıqlarla bağlı açıqlamalar fonunda mümkün quru əməliyyatına hazırlıq ABŞ-ın diplomatiya tərəfdarlarını fakt qarşısında qoymaq gedişi kimi də görünür: Tehran ya Vaşinqtonun “hər şeydən imtina” xarakterli danışıqlar çağırışına müsbət cavab verməli, ya da müharibənin yeni mərhələsi ilə üzləşməlidir;

Mümkün razılaşma imkanları məhduddur:

- ABŞ-ın tələbələrini qəbul etmək İran rejimi üçün məğlubiyyət deməkdir, bu qədər döyüşdükdən sonra razılaşacaqları qeyri-real görünür;

- “Total müharibə” taktikası ilə hərəkət edən İran rejimi bütün itkilərə rəğmən, qalib gələcəyini düşünür, xüsusilə Hörmüz boğazındakı üstünlükləri fonunda;

- SEPAH-ın nəzarəti fonunda rasional düşünənlərin təsir imkanlarının olmaması İranla nəinki Vaşinqtonun tələbləri çərçivəsində danışıqlar aparmağı, ümumiyyətlə “ortaq məxrəcə” gəlmək perspektivlərini də sual altına salır;

Bu reallıqlar İranla danışıqları müşkülə çevirib, hətta çox az ehtimal olan masada hansısa razılaşmanın praktikada icrası çətindir. Hərçənd, İran sülhün əldə edilməsinin tərəfdarı kimi öz tələblərini də irəli sürə və masaya bu şərtlə gələcəyini elan edə bilər. 

Trampın “diplomatiya” mövqeyini çətinləşdirən amillərdən biri də İsrailin müharibənin mövcud şərtlərdə dayandırmaq istəməməsidir. Qəribə mənzərə yaranıb: iki düşmən tərəf – SEPAH və İsrail danışıqlara qarşıdır, yaxud mümkün razılaşmaların məhz onlar tərəfindən sabotaj ediləcəyi istisna edilməməlidir.

Bütün bunlar İran müharibəsinin yeni mərhələyə keçəcəyi və daha uzunmüddətli prosesə çevriləcəyi risklərini ön plana çıxarır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Mart 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri