Icma.az
close
up
RU
Tehran sarsılır, Ukrayna unudulur, İranda küçələr danışır TƏHLİL

Tehran sarsılır, Ukrayna unudulur, İranda küçələr danışır TƏHLİL

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran hazırda son onilliklərin ən dərin struktur böhranlarından birini yaşayır. Kütləvi etirazlar artıq lokal sosial narazılıq mərhələsini keçərək siyasi legitimlik böhranına çevrilib. Bu proses təkcə İranın daxili taleyini müəyənləşdirmir. Yaxın Şərq geosiyasətinin gələcəyini də həll edəcək əsas amillərdən birinə çevrilir.

İranda baş verən etirazların əsas drayveri makroiqtisadi kollapsdır. Milli valyuta olan riyalın dəyəri tarixi minimuma enib, inflyasiya 50 faizi aşır, ərzaq, dərman və enerji qiymətləri nəzarətdən çıxıb. Orta sinif deqradasiyaya uğrayıb, yoxsulluq kütləviləşib.

Dövlətlə cəmiyyət arasında mövcud olan legitimlik balansı pozulub. Diqqət etdinizsə, ilk mərhələdə etirazlar iqtisadi tələblərlə başladı. Maaşlar, subsidiya, işsizlik və s. kimi şüarlar səsləndirildi. Lakin qısa müddətdə bu proses sistem əleyhinə siyasi mobilizasiyaya çevrildi. İndi əsas tələb rejimin dəyişdirilməsidir.

Etirazların coğrafiyası və sosial bazası

Etirazlar artıq 31 vilayəti əhatə edir. Bura təkcə Tehran deyil, Təbriz, İsfahan, Məşhəd, Şiraz, Əhvaz kimi əsas mərkəzlər daxildir.

Prosesdə iştirak edən sosial qruplar da rəngarəngdir. Gənclər, işsizlər, bazar təbəqəsi, tələbələr, etnik icmalar meydanlardadır.

Bu isə göstərir ki, sosial siniflərarası ittifaqı yaranır ki, tarixən avtoritar rejimlər məhz belə mərhələdə sarsılır.

Tehran etirazlara klassik repressiv dövlət alətləri ilə cavab verir. İnternetin kəsilməsi, informasiya blokadası, kütləvi həbslər, hərbi-polis zorakılığı, edam hədələri etirazçıların qarşısına qoyulub.

Bütün bunlar idarəetmənin itirilməsi, böhranı güc yolu ilə boğmaq cəhdidir. Tarix göstərib ki, repressiya etirazı dayandırmır, əksinə, onu daha da radikallaşdırır.

Ən təhlükəli mərhələ isə hələ qabaqdadır. Təhlükəsizlik qüvvələrinin loyallığının sarsılarsa, polis və aşağı səviyyəli hərbi hissələr xalqın tərəfinə keçərsə, sistem dağılma mərhələsinə girəcək.

İran böhranının region üçün mənası

İran Yaxın Şərqin mərkəzi güc oxlarından biridir. Onun daxili destabilizasiyası avtomatik olaraq İraq, Suriya, Livan və ümumən Körfəzdə geosiyasi tarazlığı pozacaq.

İranın zəifləməsi ilə onun regiondakı proksi şəbəkələri, Hizbullah, şiə milislər, Suriyadakı qüvvələr ya zəifləyəcək, ya da nəzarətsizləşəcək. Bu isə regionda xaotik güc boşluğu yarada bilər.

Əgər böhran dərinləşərsə, milyonlarla iranlı qonşu ölkələrə üz tuta bilər. Bundan da vacibi İranda etnik məsələlərin siyasi mərhələyə keçməsidir. Azərbaycan türkləri ölkə əhalisinin ən böyük qeyri-fars blokudur. Onların sosial narazılığı tədricən milli özünüdərk formasına çevrilir. Bu isə identitet böhranıdır.

Qlobal güclərin oyunu

İran hazırda qlobal geosiyasi şahmat lövhəsinə çevrilib. ABŞ İranı nəzarət altına almaq istəyir. Trampın qorxunc bəyanatları da buna xidmət edir. Rusiya İranı Qərbə qarşı tampon kimi görür. Çin isə İranı enerji və ticarət marşrutu kimi istifadə edir

Bu güclərin heç biri İranın çökməsini istəmir, amma İranın mövcud formatda qalmasını da istəmir. Bu, kontrollu transformasiya uğrunda mübarizədir.

Neft və qaz bazarları üçün isə İranın destabilizasiyası qlobal qiymətləri silkələyə bilər.

İran Suriyaya çevrilə bilərmi?

Suriyalaşma üçün üç şərt lazımdır. Ordu parçalanmalıdır. Bunun ilk simptomları görünür. Xarici müdaxilə olmalıdır. ABŞ bu istəyini gizlətmir. Daxili silahlı qruplaşmalar yaranmalıdır. Etirazçılar bu statusdadırlar.

Ümunən, hazırda İran bu mərhələdə deyil, amma sürətlə həmin trayektoriyaya yaxınlaşır. Rejim nə qədər uzun müddət zorakılığa söykənərsə, bu risk bir o qədər artır.

Türk Dövlətləri Təşkilatı məsələsi

İranın TDT-yə qoşulması real siyasət baxımından bu gün mümkün deyil. Amma bu mövzu gerçək ola bilər.

Çünki İran tarixi baxımdan türk siyasi məkanının bir hissəsidir. Burada əhalinin böyük hissəsi türk mənşəlidir, azərbaycanlılardır. Normal lider regional təcriddən çıxmağa alternativlər axtarar. Pezekşian bunu fərqli üsulla dəfələrlə bəyan edib.

Bu səbəbdən gələcəkdə İranın türk dünyası ilə inteqrasiyası geosiyasi alternativ kimi qalacaq. Amma bu, rejim dəyişərsə mümkündür.

Bütün bunlara rəğmən görünən odur ki, İran adi etirazla üz-üzə deyil, dövlət kimi transformasiya mərhələsinə daxil olub.

Bu proses regionun sərhədlərini, enerji bazarlarını, Qərb-Şərq balansını, Türk Dünyasının gələcək rolunu birbaşa təsir altına salacaq.

Bu gün Ukraynada cəbhə xətti dünya nizamını necə dəyişirsə, sabah İran böhranı da qlobal güc arxitekturasını dəyişə bilər.

İran XXI əsrin əsas geosiyasi düyünlərindən birinə çevrilib.

Elnur ƏMİROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri