“İranda mövcud olmuş şah rejimi ilə hazırkı rejim eyni medalın iki üzüdür”
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“İranda 1979-cu ildə Pəhləviləri əvəz edən molla rejimi, əslində, medalın iki üzüdür. Sadəcə olaraq, biri sekulyar, digəri isə dini sistem pərdəsi altında təqdim olunub. Hər iki rejim İranda sərt və avtoritar idarəetmə modelinin qurucusu olub. 1979-cu ilin fevralında “şaha ölüm” şüarı ilə ayağa qalxan İran xalqı hesab edirdi ki, despotizmdən azad olacaq. Lakin kostyumlu Məhəmməd Rza şahı əvəz edən əmmaməli Ruhullah Xomeyni, şah üsul-idarəsinin yerinə vilayəti-fəqih sistemini tətbiq edərək, faktiki olaraq ölkədə yeni bir şahlıq modeli formalaşdırdı.Baş nazirlik institutunun əvəzinə, səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılmış, əsasən iqtisadi sahəni kurasiya edən prezident institutu təsis edildi. İran xalqını basqı altında saxlayan şah dövrünün SAVAK strukturu, dini rejimdə SEPAH-la əvəz olundu.Eyni idarəetmə məntiqi, eyni sistem, sadəcə fərqli adlar altında İran xalqını uçurumun astanasına gətirib çıxardı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Pəhləvilər dövründə də İran Yaxın Şərq siyasəti yürüdürdü, hazırkı dini rejim də eyni xətti davam etdirir:
“Çünki İran Yaxın Şərqin ayrılmaz parçasıdır və tarix boyu bu ərazidə mövcud olmuş dövlətlər regionun siyasi proseslərindən kənarda qalmayıb.1979-cu ildən bəri hakimiyyətdə olan vilayəti-fəqih sistemi ölkəni inkişaf etdirə bilmədi, xalqı isə əsasən zor və basqı vasitəsilə idarə etdi. Fevral ayında İslam İnqilabının 47-ci ili tamam olacaq. 47 il sonra, vaxtilə Pəhləvilərə qarşı azadlıq şüarı ilə ayağa qalxan xalq, bu gün dini rejimi devirmək üçün ayağa qalxıb.1979-cu il etiraz aksiyalarına xarici mərkəzlər dəstək verdiyi kimi, bu gün də İranda baş verən etirazlarda agentura şəbəkələrinin fəal rol oynadığı müşahidə olunur”.
O, deyib ki, Pəhləvilərə qarşı tətbiq olunan mexanizmlər indi molla rejiminin özünə qarşı işləyir:
“İranda dini rejim devrilərsə, qurulacaq yeni sistem böyük ehtimalla eyni strateji xətti davam etdirəcək. Qərblə münasibətlərdə normallaşma baş versə belə, Yaxın Şərq siyasəti və regional ambisiyalar dəyişməz qalacaq. İranda demokratiyanın qurulması, ölkənin geosiyasi iddialarından imtina edəcəyi anlamına gəlmir.Region üçün qapalı və zəif İran daha məqbuldu. Sabah İranda rejim dəyişsə və yeni sistem qurulsa belə, bu, həm region, həm də İran xalqı üçün eyni ssenarinin fərqli formada davamı ola bilər”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 15 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















