Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

 İran və İsrail bir medalyonun iki üzüdür ŞƏRH

 İran və İsrail bir medalyonun iki üzüdür ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bir-birini məhv etmək istəyən İran və İsrail əslində bir-birini yaşadır

"İran və İsrail hazırda bir-birilə qatı düşmən mövqelərdə olsalar da, bir-birinə çox bənzəyirlər. Hər ikisinin ən başlıca ortaq cəhəti budur ki, İran da, İsrail də radikal dinçi və millətçi dövlətdir. İranı da, İsraili də radikal dinçi-millətçi siyasi qüvvələr idarə edirlər. Xamenei rejimi kimi Netanyahu rejimi də qatı dini və ultramillətçi mövqedən çıxış edir. Bu iki ölkənin bir-birinə qarşı aqressiv, ədavətli münasibətinin əsas səbəblərindən biri də məhz bundan qaynaqlanır".

Sherg.az xəbər verir ki, bu sözləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, paradoksal məqam isə budur ki, son İran-ABŞ-İsrail müharibəsindən sonra İran cəmiyyəti Xamenei rejiminin ətrafında daha sıx birləşdi:

"Xarici təhlükə fars-molla rejiminin əleyhdarlarını müvəqqəti də olsa rejimlə həmrəylik nümayiş etdirməyə sövq etdi. Ancaq eyni müharibənin İsrail üçün nəticələri isə tamamilə fərqli oldu. Belə ki, hazırda İsraildə Netanyahuya etimadsızlıq getdikcə artır. Bu gün İsraillilərin 60 faizi Netanyahuya etimadsız yanaşır. İsrailin "Channel 12" telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, ölkə vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun fəaliyyətinə etibar etmir".

Əlisahib Hüseynov araşdırmalardan sitat gətirərək deyir ki, respondentlərin 60 faizi Netanyahuya etimad göstərmədiyini bildirib. Sorğuda iştirak edənlərin 38 faizi isə baş nazirə güvəndiyini deyib:

"Sorğunun nəticələri göstərir ki, israillilərin təxminən üçdə ikisi hakim koalisiyanın qanunvericilik təşəbbüslərinin, o cümlədən ultraortodoks yəhudilərin hərbi xidmətdən yayınmasına imkan verən qanun layihələrinin növbəti parlament seçkilərində onların səsvermə qərarına təsir edəcəyini düşünür. İki ölkənin siyasi strukturları arasındakı ideoloji oxşarlıqlar və bu oxşarlıqların yaratdığı fərqli nəticələr həqiqətən də siyasi ekspertlərin, sosioloqların diqqət mərkəzində olan bir mövzudur. Bir tərəfdə qatı dini-millətçi ideologiyanın formalaşdırdığı "güzgü effekti", digər tərəfdə isə müharibənin daxili siyasi rəylərə təsirinin fərqli istiqamətlərdə olması – olduqca diqqətəlayiqdir. 

Həm İranın (teokratik-avtoritar), həm də İsrailin (parlamentar-demokratik) ilk baxışdan tam fərqli görünsələr də, mövcud idarəetmə modelləri ideoloji cəhətdən bir-birinə bənzər qütbləşməyə meyillidir. Lakin, müharibə və xarici təhlükə şəraitində cəmiyyətlərin reaksiyası tamamilə fərqli istiqamətlərə yönəlir. Bunun bir neçə əsas səbəbi var. Söhbət ilk növbədə rejimin fəal təbliğat kampaniyası nəticəsində toplumun bütün kəsimlərinin "milli bayraq ətrafında birləşmə"si fenomenindən gedir. Bu baxımdan, İranda Xamenei rejiminin müharibə şəraitində daha da güclənməsi təəccüblü deyil, çünki avtoritar sistemlər xarici təhlükə faktorundan daxili ziddiyətləri ört-basdır edib milli birlik yaratmaq üçün bir vasitə kimi istifadə edir". 

Şərhçi vurğulayır ki, İsraildəki vəziyyətin tam əksinə olması, ölkənin demokratik strukturu ilə birbaşa bağlıdır. Müharibə, hökumətin təhlükəsizlik siyasətinin və "kompetensiyasının" sınağına çevrilir:

"Netanyahu üçün 60%-lik etimadsızlıq reytinqi müharibənin nəticələri ilə yanaşı, həm də ultraortodoks (qatı dindar) yəhudilərin hərbi xidmətdən yayınması kimi "sosial ədalətsizlik" məsələləri ilə bağlıdır. Müharibə dövründə cəmiyyətin yükü artdıqca, hakimiyyətin bu yükü ədalətsiz bölüşdürməsi daxili narazılığı alovlandırır. Netanyahunun ölkəni davamlı müharibə vəziyyətinə gətirib çatdırması amili də onun hökumətinin reytinqinə ciddi şəkildə mənfi təsir göstərir. 

Nəticə etibarilə, bir-biri ilə barışmaz düşmən vəziyyətində olan bu iki ölkənin oxşar və fəqli cəhətləri ilə bağlı iki fərqli sonuc ortaya çıxır. İran üçün xarici təhlükə "varoluş savaşı" (rejimin ayaqda qalması) kimi qəbul edilir və bu, cəmiyyəti bir araya gətirir. İsrail üçün isə müharibə "idarəetmə və etimad sınağı" kimi qəbul edilir. Ən vacib paradoks isə odur ki, İranın da, İsrailin də hakim dini-millətçi ideologiyaları bir-birini bitirməyə çalışsalar da, lakin bununla yanaşı, bir-birilərinin ayaqda qalmalarına yardımçı olurlar. Başqa sözlə desək, İran və İsrail bir medalyonun iki üzüdür". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyul 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri