İranda rejim dəyişdi, 2 həftəyə müharibə bitəcək
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ İranda hərbi kampaniyanı yaxın həftələrdə başa çatdıracaq.
Bu barədə ölkə prezidenti Donald Tramp bildirib.
“Bizim bir məqsədimiz var idi – onların nüvə silahı olmayacaq. Bu məqsədə nail olduq. Onların artıq nüvə silahı olmayacaq”, – deyə Tramp qeyd edib.
O iddia edib ki, İranda hakimiyyət dəyişikliyi baş verib:
“Onların bütün liderləri yoxa çıxıb. Buna görə də rejim dəyişdi. İndi yeni rəhbərlik var”.
Tramp bildirib ki, ABŞ əməliyyatı 2-3 həftə ərzində yekunlaşdıracaq və bu, İranın Vaşinqtonla razılaşma əldə edib-etməməsindən asılı olmayacaq.
“Bəlkə də daha tez razılaşma əldə edəcəyik. Amma biz etdiklərimizi bərpa etmək üçün onlara 15-20 il lazım olacaq”, – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Hörmüz boğazından çox sayda gəmi keçməyə davam edir və ABŞ bu prosesə müdaxilə etmir.
“İranın artıq heç nəyi qalmayıb. Onlar uduzduqlarını etiraf edir və razılaşma üçün yalvarırlar”, – deyə Tramp əlavə edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 01 Aprel 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















