“İranda rejim dəyişib, müharibə 2 3 həftəyə başa çatacaq”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“İranla müharibə 2-3 həftəyə başa çatacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən fərman imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp ABŞ-nin İrandakı əməliyyatlarının qısa müddətdə başa çatacağını bildirib.
“Düşünürəm ki, iki və ya üç həftəyə başa çatacaq. Sonra oradan geri çəkiləcəyik”, - o, müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala cavabında deyib.
ABŞ Prezidenti çıxışında İranda “rejim dəyişikliyi” həyata keçirildiyini də iddia edib. Onun sözlərinə görə, ölkədə əvvəlki rəhbərlik devrilib və hazırda daha fərqli, “daha ağlabatan və az radikal” qüvvələr hakimiyyətdədir.
Tramp həmçinin ABŞ-nin Hörmüz boğazı ilə bağlı məsuliyyət daşımadığını bildirib. O qeyd edib ki, bu marşrutdan enerji daşıyan digər ölkələr təhlükəsizlik məsələlərini özləri həll etməlidirlər.
ABŞ lideri əlavə edib ki, Vaşinqtonun əsas məqsədi olan İranın nüvə silahına sahib olmasının qarşısının alınması artıq təmin edilib və Tehran bir daha nüvə silahı əldə edə bilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 Aprel 2026 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















