İranda savaşa görə bu avtomobillərin satışında rekord gözlənilir
Icma.az bildirir, Azpost portalına istinadən.
İranla bağlı münaqişə və yanacaq qiymətlərinin artması fonunda elektrikli nəqliyyat vasitələrinin satışları qlobal miqyasda artır.
Azpost.info bildirir ki, bu barədə Financial Times (FT) qəzeti Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna istinadən məlumata verir.
Agentlik 2026-cı ilin yekununa qədər elektrikli nəqliyyat vasitələrinin və hibridlərin qlobal avtomobil bazarının təxminən 30%-ni təşkil edəcəyini təxmin edir. Bu cür nəqliyyat vasitələrinin satışları 2025-ci ildəki 20 milyondan 23 milyon ədədə çata bilər.
IEA qeyd edir ki, tələbatın artması daha ucuz batareyalar və İranla bağlı münaqişənin yaratdığı enerji böhranıdır. Buna görə, istehlakçılar yanacaq xərclərini azaltmaq istəyirlər. Ən yüksək satış artım templəri Asiya-Sakit Okean regionunda və Latın Amerikasında gözlənilir.
FT vurğulayır ki, Avropada elektrikli nəqliyyat vasitələrinin və hibridlərin satışları 2026-cı ildə təxminən 20% artaraq satılan bütün nəqliyyat vasitələrinin üçdə birinə çata bilər. Qlobal elektrikli nəqliyyat vasitələri istehsalının təxminən 75%-ni təşkil edən Çində qiymətlər düşməyə davam edir və yerli istehsalçıların ixracı artır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 May 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















