Icma.az
close
up
RU
İranda silahlı kürd üsyanı hazırlanır: Dəyişməyən plan

İranda silahlı kürd üsyanı hazırlanır: Dəyişməyən plan

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-İsrail ilə İran arasında atəşkəs davam etsə də, regionda hərbi-siyasi vəziyyət həssas olaraq qalır və hərbi eskalasiya riski kifayət qədər yüksəkdir. 

Pentaqon və İsrailin Müdafiə Nazirliyinə yaxın olan mənbələrin məlumatlarına görə, ABŞ və İsrail İrana qarşı hücum əməliyyatlarının növbəti mərhələsini hazırlayır, İran isə öz növbəsində ABŞ və İsrailin ehtimal olunan hücumlarına qarşı hazırlıq tədbirləri görür. 

Eyni zamanda, Tehran digər istiqamətlərdə də təhlükəsizlik tədbirlərini gücləndirir. Qeyd edək ki, son zamanlar İslam İnqilabı Keşikçiləri Korpusu İran və İraq ərazisində kürd silahlı qruplarına qarşı əməliyyatlar həyata keçirib.

“Tasnim” agentliyi xəbər verir ki, SEPAH İraqdan külli miqdarda silah və sursat qaçaqmalçılığı cəhdinin qarşısını alıb. SEPAH-ın özü də belə bir əməliyyatların baş tutduğunu təsdiqləyib: 

“Şimali İraqda yerləşən, ABŞ və İsrailin maraqları naminə fəaliyyət göstərən müxalif terrorçu qruplar ölkəyə külli miqdarda yeni Amerika silah və sursatı qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində idilər. Onların qarşısı qətiyyətlə alınıb".

SEPAH-ın açıqlamasında bildirilib ki, qruplar İranın şimal-qərbindəki Kürdüstan əyalətinin Baneh şəhəri yaxınlığında, İran-İraq sərhədi yaxınlığında zərərsizləşdirilib. 

Məsələ ilə bağı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, İranın yaydığı bu tip məlumatlar regionun təhlükəsizlik və informasiya müharibəsi reallıqları fonunda qiymətləndirilməlidir: 

“Birincisi, ABŞ-nin İraq və Suriyada müəyyən kürd silahlı qrupları ilə əməkdaşlığı yeni hadisə deyil. Vaşinqton xüsusilə İŞİD-ə qarşı mübarizə dövründə Suriyada PYD/YPG strukturlarına, İraqda isə peşmərgə qüvvələrinə ciddi hərbi və logistika dəstəyi verib. 

Bu dəstəyin əsas motivi rəsmi olaraq terrorla mübarizə və bölgədə ABŞ təsirinin qorunması idi. Lakin İran uzun illərdir hesab edir ki, həmin silahların bir hissəsi dolayısı ilə anti-İran kürd təşkilatlarının əlinə keçir. Burada əsas məsələ ondan ibarətdir ki, İranın nəzərdə tutduğu qruplar adi kürd siyasi təşkilatları deyil. 

Tehran əsasən PJAK kimi silahlı kürd separatçı strukturlarını nəzərdə tutur. İran PJAK-ı terror təşkilatı sayır və onu PKK ilə əlaqəli şəbəkənin bir hissəsi kimi təqdim edir. ABŞ isə rəsmi olaraq PJAK-a açıq hərbi dəstək verdiyini heç vaxt qəbul etməyib. 

Amma region reallığında dolayı mexanizmlər mümkündür. Yəni ABŞ-nin İraq Kürdüstanında və Suriyanın şimalında yaratdığı təhlükəsizlik arxitekturası nəticəsində bölgədə böyük həcmdə silah dövriyyəsi yaranıb. Bu silahların bir hissəsinin qaçaq yollarla İran sərhədinə yaxın qruplara keçməsi ehtimalı tam istisna deyil. Xüsusilə sərhəd zonalarında silah bazarının çox parçalanmış və qeyri-rəsmi xarakter daşıdığı məlumdur”. 

V. Zifəroğlu əlavə edib ki, Vaşinqton İran üzərində çoxvektorlu təzyiq mexanizmlərini nəzərdən keçirir:

“ABŞ-nin əsas prioriteti hazırda İran daxilində genişmiqyaslı silahlı kürd üsyanı yaratmaqdan daha çox, Tehran üzərində çoxvektorlu təzyiq mexanizmlərini qorumaqdır. ABŞ anlayır ki, İranda etnik separatizmin açıq şəkildə dəstəklənməsi regionu nəzarətsiz müharibəyə sürükləyə bilər. 

Bu isə həm Türkiyə, həm İraq, həm də Suriyada domino effekti yaradar. Vaşinqton üçün belə ssenari olduqca risklidir. Lakin ABŞ-nin İran daxilində etnik narazılıqları diqqətlə izlədiyi və onları geosiyasi təzyiq elementi kimi istifadə potensialını qoruduğu da danılmazdır. 

Xüsusilə, İranın qərb bölgələrində kürd narazılığı, cənub-şərqdə bəluç problemi, bəzi sosial-iqtisadi etiraz dalğaları, Tehran üçün həssas təhlükəsizlik mövzularıdır. Bu səbəbdən İran hakimiyyəti tez-tez “xarici dəstəkli separatizm” tezisini gündəmə gətirir. Bu, həm daxili legitimlik məqsədi daşıyır, həm də sərt təhlükəsizlik tədbirlərini əsaslandırmaq üçün istifadə olunur”. 

V. Zifəroğlu bu məsələdə İsrail faktorunu da nəzərə almaq lazım olduğunu bildirib. İran düşünür ki, İsrail və ABŞ birlikdə onun sərhəd ətrafında “təzyiq kəməri” formalaşdırmağa çalışır: 

“İranın nüvə proqramı, regional proksi şəbəkələri və Yaxın Şərqdə artan təsiri fonunda Tehran xüsusilə sərhəd bölgələrindəki etnik silahlı qruplara qarşı son illər daha aqressiv davranır. Ümumiyyətlə, ABŞ-nin İraq və Suriyada kürd qüvvələri ilə əməkdaşlığı real faktdır. Lakin bunun birbaşa “İranda kürd üsyanı hazırlığı” mərhələsinə keçdiyini söyləmək hələlik şişirdilmiş yanaşma olar. 

Daha real görünən ssenari budur ki, Vaşinqton İran üzərində daimi geosiyasi təzyiq rıçaqlarını saxlamağa çalışır, Tehran isə bunu milli təhlükəsizliyə qarşı uzunmüddətli hibrid strategiyanın elementi kimi qəbul edir. 

Hazırkı mərhələdə ABŞ üçün əsas məqsəd İranda tammiqyaslı etnik parçalanma yaratmaqdan çox, İranın regional manevr imkanlarını məhdudlaşdırmaq, onu daxili təhlükəsizlik resurslarını sərhəd bölgələrinə yönəltməyə məcbur etmək və strateji yüklənmə yaratmaqdır”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: İran Vüqar Zifəroğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri